Gündəm

"Qarabağda güllə atana topla cavab verməliyik" - ÇAĞIRIŞ

Dünən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətdə bölmələrimizin təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalıb.

Şirkətin texnikasına zərər dəysə də, xəsarət alan olmayıb. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Hazırda əməliyyat şəraitinin bölmələrimizinin tam nəzarəti altında olduğu bildirilib.

Görünür bir tərəfdən sülh danışıqlarını davam etdirən Ermənistan, digər tərəfdən isə təxribatlarını davam etdirir. Hətta onlar yenidən mülki şəxslərə atəş açmağa başlayıblar. Lakin bu təxribatlar ilə danışıqlar formatı bir-birilə ziddiyyət təşkil edir. Dia.az-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, ermənilər tərəflər arasında problemin həll olunmadığını dünyaya göstərmək üçün təxribatlardan istifadə edirlər:

“Ermənilər müəyyən təxribatlar törədərək dünyaya problemin həll olmadığını göstərməyə çalışırlar. Ona görə də belə təxribatçı addımlara əl atırlar. Təbii ki, ermənilər addım atdıqdan sonra Azərbaycan Ordusu tərəfindən onlara qarşı əks tədbirlər görülür. Bu növbəti təxribatın qarşısı da misli ilə alınmalıdır. Onların bizimlə nə döyüşməyə gücü, nə də qabiliyyəti var. Ermənistan cəmiyyətinin özündə də əhali demorolizə olunmuş vəziyyətdədir. Orada keçirilən sorğular da onların müharibə istəmədiyini göstərir, çünki qorxurlar. Ümumiyyətlə, ermənilərin belə təxribatları olacaq və biz bunlara hazır olmalıyıq. Amma əsgərlərimizə və ya mülki vətəndaşlarımıza qarşı bir güllə belə atılsa, ona topla cavab verməliyik”.

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər