Gündəm

Rəfael Cəbrayılovun ölümündə qaranlıq məqamlar - ŞOK FAKTLAR AÇIQLANDI

MUMtv.az: - Bir müddət öncə həbsxanada vəfat etmiş eks millət vəkili Rəfail Cəbrayılovun ətrafında baş verən qalmaqal bitib tükənmək bilmir. Vəfat etmiş millət vəkilinin həyat yoldaşı Aida Cəbrayılovanın hüquqlarını qanuni şəkildə etibarnamə ilə müdafiə edən tanınmış hüquqşünas Mübariz Məsimoğlu özünün facebook sosial şəbəkə hesabında bir çox iddialı paylaşım edib. O, Rəfail Cəbrayılovun həbsxanada müəmmalı şəkildə öldüyünü bildirib. Daha sonra mərhum millət vəkilinin qardaşı Elşən Cəbrayılovunda ünvanına bir çox ittihmalar səsləndirib. "Azərbaycan Reallığı" olaraq Mübariz Məsimoğlunun ittiham dolu paylaşmını oxucuların diqqətinə çatdırırıq:

RƏFAEL CƏBRAYILOVUN XANIMINI NARAHAT EDƏN NƏDƏNLƏR

Bu günlərdə rəhmətlik Rəfael Cəbrayılovun həyat yoldaşı mənə müraciət edərək hüquqi müstəvidə ona yardım etməyimi istədi. Diqqətlə dinlədim onu. Anladım ki, hər şey göründüyü və təqdim olunduğu kimi deyil. Hazırda uzun müddət prokuratura sistəmində işləmiş və üç çağırış deputat olmuş bir şəxsin həyat yoldaşı, ovladları evsiz- eşiksiz qalıb, kirayədə yaşayırlar.

ÜRƏK AĞRIDICI FAKTLARDI.

Yəqin ki, bilənlər bildi ki, söhbət hansı Rəfael Cəbrayılovdan gedir. Bəli, üç çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, ondan əvvəl isə uzun müddət prokuratura sistemində işləmiş insandan gedir söhbət. Necə oldu ki, belə bir adam birdən-birə dələduza çevrildi, sonra türməyə düşdü və 11 nəfər adamın arasında ancaq o virusa yoluxaraq elə zindanda da dünyasını dəyişdi? Müammalar, açılıb- bükülməsi mümkün olmayan naqisliklər o qədərdir ki, hansı birini deyəsən.

Hamı bilir ki, görüntüdə yox, əslində rəhmətlik deputat seçilməyib. Təyinatla bu vəzifəyə gətirilib. Və bu təyinat deyilməsi, izah edilməsi mümkün olmayan məbləğdə pulun hesabına başa gəlib.Buna görə də lap başlanğıcdan bu yazıq da borclanaraq kimlərəsə borclu qalıb. O, bu borcları ödəməkdən ötəri qabaqcadan işini bərk tutub və tikinti biznesinə girişib və şirkət yaradıb (Dərhal MTK) öz qardaşı Elşən Cəbrayılovun adına. Elşən Cəbrayılov Rafael Cəbrayılovun tapşırıqlarını canla- başla yerinə yetirib əvvəllər.

Çünki Rafael Cəbrayılov atlı olub onda. Rafael Cəbrayılov atdan düşəndən sonra o fürsətdən istifadə edib qardaşı tərəfindən adına yaradılmış biznes imperiyasının dalına keçmək fikirinə düşüb. Və buna nail də olub. Borc sahibləri Rəfael Cəbrayılovun üstünə gəldikcə, Elşən Cəbrayılov fitnəkar fikirlərini həyata keçirib. Əvvəl həmin borclulara tikdiyi binalardan evlər verməklə onları susdurub. Sonra birdən bu əməliyyatları dayandırıb. Və eyni zamanda 11 nəfər borc sahibini birdən Rəfael Cəbrayılovun üstünə salınmasına nail olub.

Rəfael Cəbrayılov əvvəl abır- həyasına qısılıb qardaşının adının bu işlərdə hallanmasını istəməyib. Borc sahiblərindən işini qaydaya salmaq üçün vaxt alıb.Elşən Cəbrayılov isə öz işində olub. Və birdən kimlərəsə qoşulub, qardaşının hesabına topladığı sərvətə, var- dövlətə (tikilmiş 22 çoxmərtəbəli binaya )arxayın olaraq Rəfael Cəbrayılovun kəndirini kəsib. Gerisi hamıya məlum.

Məlum olmayan nədir və Rəfael Cəbrayılovun həyat yoldaşının- Aidə Cəbrayılovanın istəyi nədir? Əvvala qeyd edim ki, Rafael Cəbrayılovun həyət yoldaşının, yəni Aidə Cəbrayılovanın istəyi odur ki, bütün qaranlıq məqamlara bir aydınlıq gətirilsin. Ona görə hansılardır bu qaranlıq məqamlar?

1. Rəfael Cəbrayılovla bir yerdə olan 11 nəfərdən heç biri korona virusa tutulmayıb.Nədən bu virusa ancaq Rəfael Cəbrayılov tutulub?.

2. Rəfael Cəbrayılov hələ tutulmamışdan qabaq qardaşı Elşən Cəbrayılovun əməllərindən baş prokurora yazılı müraciət edərək bütün bu əməlləri qardaşı ilə bir yerdə törətdiklərini deyib. Həmçinin, qardaşının külli- miqdarda dövlətə vergi ödəməyərək dövlətə ziyan vurmasını yazıb, üstəlik, qardaşının sonda onun özünə atdığını və bu səbəbdən borclarını qaytara bilməməsini xüsusilə vurğulayıb?

NƏDƏN PROKURORLUQ BUNU ARAŞDIRMAYIB?

3. Nədən Rəfael Cəbrayılovun işini aparan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi , 1- ci dərəcəli hüquqşünas Rzayev Ceyhun Əsgər oğlu Cəbrayılov Rafael Kamil oğlunun Azərbaycan Respublikasl CM- nin 178.3.2 və 308.2 - ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 19 may 2021- ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarında Cəbrayılov Elşən Kamil oğlu barəsində cinayət təqibinə xitam verib?

4. Nədən bu qərardan Rəfael Cəbrayılovun hüquqi varisi kimi Aidə xanım və 11 nəfər zərərçəkmiş tərəfindən məhkəmə nəzarəti qaydasında verdikləri şikayət Bakı şəhər Binəqədi rayon Məhkəməsinin hakimi M.N.Kərimova tərəfindən heç bir qanuna istinad edilmədən icraata götürülmədən geri qaytarılıb.

5. Nədən həmin qərardan verilmiş şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 14.06.2022 - ci il tarixli qərarı ilə ləvğ etdikdən sonra yenə də Binəqədi Rayon Məhkəməsində baxılması işə baxmış həmin hakim xanıma həvalə edilib?

6. Nədən işə baxılarkən qarşı tərəf məhkəməni saymadan heç bir məhkəmədə iştirak etmir və ona qaşın üstündə gözüb var deyən olmur.

7. Nədən başqa bir zərərçəkmişə nisbətdə Elşən Cəbrayılov barəsində nərimanov rayonunda cinayət işi başlanıb, zərər ödənildikdən sonra buraxılır, amma digər 11 nəfə zərərçəkmişə nisbətdə o aydan arı, sudan duru olub?. Bu ayrı- seçkilik nədəndir?

8. Nədən Elşən Cəbrayılovu müdafiə edən Nürəddin Məmmədov adlı birisi ona çox arxayınlıqla deyə bilir ki, mənim oğlum Şükran Məmmədov ( Xətai rayon prokurorluğunda işləyir) Əli Nağıyevin oğlu ilə bacanaqdı. Heç kim Elşənin yanından yel olub keçə bilməz.

9. Nədən Rəfael Cəbrayılovun əmlakının bir hissəsi vaxtı ilə bu Nurəddin deyilən şəxsin digər oğlunun- Urfan Məmmədovun adına olub? Nədən buna aydınlıq gətirilmir. Və nəhayət 29 avqusta təxirə salınmış məhkəmədə haqq öz yerini tapacaqmı? Göründüyü kimi, nədənlər çoxdur. Mən bu nədənləri Aidə xanımın adında aidiyyəti orqanların ünvanlarına ünvanladım. Görək bu nədənlərə verilən cavabların nədəni necə olacaq?

Redaksıya adı çekilən hər kəsin mövqeyin tanıyır.(azerbaycanrealligi)


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər