Gündəm

“Belə çıxır ki, bundan sonra 20 Yanvarı da bayram etməliyik?” – Primakov qalmaqalı böyüyür
 
 
 

 
 
 
 
 
 
 

 
 
 
 

Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 yanvar qırığınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak edib. BSU rəhbərliyinin xeyir-duası ilə atılan bu addım Azərbaycan cəmiyyətində hiddət doğurub.
Müsabiqəyə qatılan Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələrinə bu günlərdə diplom da verilib. Esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə baş tutub.
Məlumata görə, oktyabrın 15-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov esse müsabiqəsinin qalibi olmuş tələbələr – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər.

Səfir Mixail Boçarnikov tələbə-gənclərə diplomları təqdim edib.

Müzakirələrə səbəb olan hadisə haqqında Modern.az-a danışan deputta Fazil Mustafa hesab edir ki, bu, siyasi savadsızlıq nümunəsidir:

"Universitetdə bir nəfər də olsa düşünən adam olmalıdır ki, belə məqamlarda rəy bildirə bilsin. Rusiyadan bu cür tövsiyyə oluna bilər. Amma bunu Rusiya Mədəniyyət Mərkəzi keçirirsə, onların öz daxili işidir, bizim qarışmağımız düzgün deyil. Rusiya üçün Primakov bir dəyər ola bilər. Azərbaycan üçünsə, Qarbaçov nədirsə, Primakov da odur.

Biz 20 Yanvar gününü Ümumxalq hüzn günü kimi qeyd edirik. Primakovun yubileyini bayram ediriksə, belə çıxır ki, bundan sonra 20 Yanvarı da bayram etməliyik? Bu cür siyasi savadsızlıq nümunəsinə yol vermək olmaz”.

F.Mustafa məsləhət görüb ki, universitet rəhbərliyi Rusiya ilə münasibətlər yaratmaq istəyirsə, Puşkinin, Dostayevskinin, Çaykovskinin və digər ədəbi, sənət adamlarının yubileyini keçirsin:

"Bilavasitə azərbaycanlıların qanını tökmüş adamın yubileyini təşkil etməkdə məqsəd nədir? Azərbaycan xalqına "dəyərlərinizi tanımırıq” mesajdır?”

Təhsil eksperti Kamran Əsədov düşünür ki, Slavyan Universiteti profilindən asılı olmayaraq prinsipiallıq nümayiş etdirib tarixi irsin mənimsənilməsi istiqamətində tədbirlər keçirməli, bu tipli tədbirdə iştirak etməlidir:

"Əslində Slavyan Universitetinin mövcudluğu bizə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində, xüsusi ilə slavyan ölkələri arasında tariximizi, mədəniyyətimizi təbliğ sahəsində daha çox işlər görməlidir. Düzdür, BSU-da bu istiqamətdə böyük işlər görülüb. Amma hesab edirəm ki, yol verilən qüsur ciddi qüsurdur. Hiss olunur ki, orda tarix fənnindən tədris keyfiyyətli keçirilməyib və tələbələrə Primakov haqqında lazımi məlumatlar verilməyib. Bu onu göstərir ki, biz ali təhsil müəssisələrində düzgün tədris qura bilməmişik”.

K.Əsədov qeyd edib ki, ali təhsil müəssisələrinin vəzifəsi, məqsədi tələbləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir:

"Hiss olunur ki, bu istiqamətdə böyük boşluqlar var. Müsabiqədə iştirak edənlər başa düşdük gəncdirlər, məlumatları yoxdur bəs o tələbəni ora aparan, yazını yoxlayıb müsabiqəyə təqdim edənlər? Təklif edirəm ki, neytral bir qrum tərəfindən universitetlər, onların maddi texniki bazası, kadr resursları yenidən ciddi şəkildə yoxlanılsın. Primakovun adını daşıyan müsabiqədə iştirak etmək utanc gətirən hadisədir”.

Qeyd edək ki, Bakı Slavyan Universiteti də tənqidlərə cavab verib. Universitetdən bildirilib ki, Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin layihəsi olub.

BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri Səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər. BSU slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. BSU yalnız Azərbaycanda deyil, Qafqazda ən böyük və nüfuzlu Rusiyaşünaslıq mərkəzi sayılır. Çoxprofilli ali məktəb olan BSU-da bütövlükdə region üçün nadir sayıla bilinəcək ixtisaslar üzrə mütəxəssislər hazırlanır.

Universitetdən verilən məlumata görə, adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar.


Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər