Gündəm

Azərbaycan XİN-in Koroğlu diplomatiyası - Replika

MUMtv.az: -
Yadınızdadırsa, Prezident İlham Əliyev sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovu işdən çıxarıb onun yerinə təyin Ceyhun Bayramovu edəndə bunu yeni xarici siyasət kursunun başlanğıcı kimi qiymətləndirmişdi. Demişdi ki, bundan sonra biz “hücum diplomatiyası”na keçirik.

Böyük Britaniyadakı səfirliyimizə dinçilərin hücumu zamanı biz nədənsə heç bir diplomatımızı meydanda görmədik. Dinçilər asanlıqla səfirliyin balkonuna dırmaşıb Azərbaycan bayrağını çıxararaq yerə atdılar və heç kim buna mane olmağa belə çalışmadı. Budurmu hücum diplomatiyası?

Səfirlik əməkdaşları unutmamalıdırlar ki, hər bir diplomat həm də bir əsgərdir və ya əsgər olmalıdır. Hətta ön cəbhə əsgərləri. Adətən, diplomatların masa arxasında mübarizəsi heç bir nəticə verməyəndə ölkənin maraqlarını qorumaq növbəsi Silahlı Qüvvələrə keçir. Məşhur bir aforizmdə deyildiyi kimi, “diplomatiya bitdiyi yerdə savaş başlayır”. Və yaxud, bunu belə də ifadə edə bilərik: hərb - diplomatların almaq istəyib ala bilmədiklərini zor gücünə həyata keçirmə sənətidir.

Məsələyə bu aspektdən yanaşanda diplomatların da əslində bir hərbçi olduqları həqiqəti ortaya çıxır. İlham Əliyev “bundan sonra müdaifə diplomatiyasından hücum diplomatiyasına keçirik” deyəndə də əslində diplomatiyanın bir hərb sənəti olmasını nəzərdə tuturdu. Zira hücum və müdafiə anlayışları hərbi terminlərdir.

Dərd burasındadır ki, biz səfirlik əməkdaşlarının bu təxribata qarşı nəinki hücum taktikası ilə cavab verdikləri, hətta müdafiə mövqeyi belə tutmadıqları ilə üzləşdik. Halbuki, səfirlik əməkdaşları Azərbaycan bayrağını canları bahasına belə olsa qorumalı idilər. Onların bu təxribata reaksiyası isə Koroğlunun məşhur fikrinə - “igidlik ondur, 9-u qaçıb gizlənmək, 1-i isə ümumiyyətlə gözə görünməmək” prinsipinə daha uyğun idi. Bunu isə yalnız Koroğlu diplomatiyası adlandıra bilərik. Görünür, indiki Xarici İşlər naziri Ceyhun Bayramov və ya Böyük Britaniyadakı səfirimiz Elin Süleymanov həzrətləri Prezidentin “hücum diplomatiyası” təlimatını Koroğlu qəhrəmanlığı kimi başa düşüb. //ovqat.com//

Son xəbərlər

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı — FOTO

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Bütün xəbərlər