Gündəm

“Mərmərə” otelinin yanında peyda olan, gücünə güc qatan bar

MUMtv.az: - Son vaxtlar bütün dünyada, eləcə də ölkəmizdə koronavirusa yoluxma sayında artım müşahidə olunur. Bundan başqa, hələ qeydə alınmasa da, “meymun çiçəyi” virusunun da yayıla biləcəyi ehtimalı yox deyildir. Bu nöqteyi-nəzərdən, yoluxucu xəstəliklərin daha asan yayıldığı cinsi əlaqəyə şərait yaradan əxlaqsızlıq yuvalarının nəzarətə götürülməsi olduqca vacib məsələdir. Hərçənd, bu fəaliyyət növü qanunsuz olduğundan, “pritonlar” kafe, otel, masaj salonu və başqa profil altında fəaliyyət göstərirlər. Hətta daşıdıqları rəsmi ad bədnam olandan sonra “cidanı çuvalda gizlətmək”, eyiblərini örtmək üçün onu dəyişməyi də sınaqdan keçirirlər.

Sadiq oxucularımız xatırlayarlar, onların sırasına yeni qoşulanlara bildiririk ki, paytaxtın Binəqədi rayonunda, “Baksol” yolunun üstündə kafe kimi qeydiyyatdan keçərək otel kimi təqdim olunan obyekti “İstanbul” adı daşıdığı vaxtlarda da, sonradan dəyişdirilərək “Mərmərə” (“Marmara hotel”) ilə əvəzlənəndə də tənqid etmişik. Yazmışıq ki, ad dəyişsə də, mahiyyət dəyişməyib, “priton” kimi yenə də öz ampluasında, əmək və vergi qanunvericiliyinin tələblərini pozmaqdadır. Olub ki, hətta saytımızın əməkdaşları müştəri qismində axşam saatlarında “Mərmərə”yə baş çəkərək təklif olunan xidmətlərlə maraqlanıblar. Onlara qeyri-leqal cinsi istismara cəlb olunmuş yüngül əxlaqlı qadınların intim xidmətindən yararlanmaq təklif olunub. Hətta obyektdə bu məqsədlə yaradılmış rahat şərait nümayiş etdirilib: Yataq dəsti olan otaqlar, çimmək üçün hamam göstərilib, çeşidli qiymətlər sadalanıb, bildirilib ki, obyektə cütlük kimi də gəlib bu şəraitdən yararlanmaq olar.

Di gəl, mənfi reputasiyalı bu obyektdə baş alıb gedən biabırçılığa, ictimai mənəviyyat əleyhinə cinayətlərə son qoyulmayıb, nədənsə bu məsələ ilə bağlı sərt addımların atılması ləngiyib. Burada baş verən iyrənc işlər, daha dəqiq desək, müştərilərə yüngüləxlaq qadınların intim xidmətlərinin təklif olunması barədə aidiyyati qurumlara, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə şikayət xarakterli müraciətlər ünvanlansa da, obyektin fəaliyyəti mətbuatda pislənilsə də, heç bir nəticəsi olmayıb.

Ad dəyişmək bəlkə də bu obyektin sahibləri olan Teymur və Seymur qardaşlarının diqqəti (bizim misalda ictimai nifrəti) özlərindən yayındırmaq üçün tətbiq etdikləri “xameleon” üsulların ən bəsitidir. Məlum olub ki, bu yaxınlarda “Mərmərə otel”in yaxınlığında gecələr işləyən bar peyda olub. Bara gələn müştərilər orada işləyən gənc qadınları götürüb çox uzağa deyil, elə yaxındakı otelə aparırlar. Beləliklə, necə deyərlər, “əl-əli yuyur, əl də üzü”.

“Əsli ilə doğrudur!”

Baş redaktor: İbrahim Hümbətov//azerinfo

Son xəbərlər

AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır

Təkcə bir idarəsində 5 milyon YOXA ÇIXIB... - RƏSMİ İTTİHAM

Rusiyada həbs edilən keçmiş deputat Paşinyanı hədələdi

Rusiya bir gündə 6 yaşayış məntəqəsini işğal etdi

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Emin Əmrullayev Türkiyədə görüşlər keçirib

Zakir Həsənov toplantı keçirdi, göstərişlər verdi

XİN rəhbərləri danışıqları davam etdirməklə bağlı razılaşdılar

Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

Britaniyada susuz işləyən su elektrik stansiyası qurulur — Dünyada ilk dəfə

“WhatsApp”ın dizaynı dəyişdi

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

Azərbaycan nefti cüzi ucuzlaşdı

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi (FOTO)

BMT Təhlükəsizlik Şurası müharibəyə görə toplanacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

İlham Əliyev və birinci xanım “Xarıbülbül” Festivalında iştirak edirlər

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Bakıda daha bir bina sökülür - VİDEO

Moskvadan Antalyaya gedən sərnişin təyyarəsi Ukrayna üzərindən uçdu

Prezidentin köməkçisi Şuşada baş direktorla memorandum imzaladı

Rusiyanın hərbi bölmələrindən biri Xarkov vilayətinə hücumdan imtina etdi - ATEŞ

Ölüm xəbəri yayılan Murad Muradovla bağlı həkimindən açıqlama

Bakının bu ərazisində yeni park salınır

Əli Əsədov rusiyalı həmkarını təbrik etdi

Ümummilli lider Heydər Əliyevin 101 illiyi qeyd olunur

Makron seçkilərdə ağır məğlubiyyətlə üzləşəcək

Bu gün Almatıda XİN rəhbərlərinin ikinci görüşü keçiriləcək

Müğənni "Avroviziya"dan qovuldu

Ukraynaya daha 400 milyon dollarlıq paket ayrıldı

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını ALQIŞLADI

"Bundan sonra müharibə olmamalıdır" - Prezident

Bütün xəbərlər