Gündəm

Necə edək ki, övladlarımız “Fidan” kimi aldanmasın?
Əminəm ki, bu gün 12-18 yaşlı şəxslər arasında sorğu keçirsək, "həyatınızda mütləq nə olmalıdır?" siyahısında internet oyunları və sosial şəbəkələr ilk beşlikdə yer alacaq.
12-18 yaş aralığı ərgənlik (yeniyetməlik) dövrü sayılır  və bu dövrdə insan fərd olaraq özünü dərk etməyə başlayır, cinsi inkişafı tamamlanır. 16-17 yaşlı biri özünə uşaq deyilməsini xoşlamır. Yeni şeylər kəşf etməyə, ünsiyyətə can atır. Qısaca desək, insanın həyat yolu məhz bu yaşda müəyyənləşir.
Ötən gün DTX tərəfindən saxlanılan 15 yaşlı "Fidan"ın Real TV-də yayımlanan ifadəsi böyük rezonans doğurdu. Çoxları onun necə ermənilərin təsiri altına düşməsini müzakirə etməyə başladı. İnternetdə qurduğu tanışlıq özü də fərqində olmadan Fidanı erməni xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən bir fərdə çevirmişdi... O tərtib edilən ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin oyuncağı, hətta Njde Qareginin təbliğatçısı olmuşdu.
Ona radikal, nasist Haytarakan qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib. Onlar təxribatçı hərəkətlərin dozasnı yavaş-yavaş artırıblar ki, Fidan tələyə düşdüyünü anidən anlamasın...
Bu gün Fidan kimi bir çox yeniyetmənin təsir altına salınmadığına və gələcəkdə salınmayacağına isə heç kim zəmanət vermir. Bəs problemi necə həll etməli?
Psixoloq Təhmasib Hüseynov düşünür ki, sosial mediaya aludəçilik ailədən qaynaqlanır. Hansısa qurum buna nəzarət etmək istəsə, bacarmayacaq:
"Nəzarəti ailə öz üzərinə götürməlidir. Əgər ailə lap kiçik yaşlarından uşağı başdan etmək üçün ona telefon alıb verirsə, öz telefonunda oyunlar açıb verirsə, deməli, uşaqla vaxt keçirmir. Artıq illərdir ki həmin uşaqlar telefonla, smartfonla böyüyürlər. Ən pisi də ailənin onları başdan eləmək üçün smartfon verməsidir. Təbii ki, bir uşaq telefonla böyüyürsə, bu, onun intellektinə təsir edir. Bu, onları inkişaf etdirir, ancaq savad cəhətdən onlara heç də müsbət təsir etmir.
Uşaqlarda yeniyetmə yaşdan qabaqkı yaşlarında çoxlu suallar yaranır.  Ancaq valideyn səbirsizliyindən bu suallara cavab vermir. Uşaq məcbur qalıb özünə qapanır və başlayır bu sualların cavablarını sosial şəbəkələrdə axtarmağa. Beləcə, sosial ünsiyyətlər, oyunlarda ünsiyyətlər yaranır. Gələcəkdə canlı ünsiyyətdə problem yaranır".
Psixoloq düşünür ki, bəzən 14-15 yaşlı uşaqları belə hallardan çəkindirmək çətin ola bilər. Bunun üçün həmin uşaqlara psixoloji  kömək göstərmək lazımdır:
"Uşağın vaxtını idmanla, dərnəklərlə, digər məşğuliyyətlərlə doldurmaq lazımdır. Çünki uşaq boş qalanda darıxır. Boşluq olduqda isə uşaq sosial şəbəkələrə yönəlir. Xaricdə valideynlər uşaqların telefonlarına nəzarət edirlər. Təəssüf ki, bizdə belə nəzarət edilmir. Valideyn birdən-birə ayılır ki uşaq oxumur, sosial mediaya aludəçi olub, əxlaqsız saytlara, oyunlara girir və s. Qəfil başlayır uşağı qapalı vəziyyətə salmağa. Bu da yaxşı hal deyil.
İnternetə asılılıq nədən yaranır? Sosial şəbəkə həyəcan, adrenalin verir. Həyəcan verdiyindən də asılılığa çevrilir. Uşaqlar sosial media xaricində öz həyatlarında həyəcan yaşamırlar. Bu, tək uşaqlarda yox, yeniyetmələrdə də belədir, böyüklərdə də. Düzdür, valideyn uşağı yemək, su, pul və s. ilə təmin edir. Ancaq uşaqla danışmır. O insanları da aldatmaq asandır ki, emosional boşluğu olur. Sevgisiz qalan insan qayğı görən kimi tez bağlanır".
Bura qədər məsələnin psixoloji tərəflərini aydınlaşdırdıq. Lakin məsələnin psixoloji tərəfləri qədər texnoloji tərəfləri də önəmlidir. Çünki günümüzdə dünya çox sürətlə dəyişir və bugünkü hər bir qadağanı sabah qüvvədən sala biləcək yeni proqram yaratmaq olur. Odur ki, artıq hamı üçün ucsuz-bucaqsız informasiya məkanı var. Lakin bu məlumatların hamısı faydalıdırmı? Müzakirəyə açıqdır...
İKT mütəxəssisi Elvin Abbasov "Qafqazinfo"ya deyib ki, sosial şəbəkələrdə müxtəlif qaydalar var və bütün qlobal şirkətlərin bu məsələdə yanaşması belədir ki, sosial mediaya daxil olduqda istifadəçilər o qaydaları öz yaşlarına uyğun seçməlidirlər:
"Çünki yaş həddinə görə proqramları idarə etmək mümkündür. Məsələn, istifadəçi azyaşlı olduqda feysbuk avtomatik çatı bağlayır. Bütün qlobal şirkətlər də istifadəçiyə yaş həddi qaydaları qoyur. Quql, Maykrosoft kimi qlobal şirkətlərin ailə qoruma proqramları var. Azərbaycanda geniş yayılan proqramlarda da bu var. Məsələn, Samsunqun ailə qoruma proqramından istifadə etsəniz, övladlarınızı bu yolla izləyə bilərsiniz. Yerlərindən xəbərdar olmaq  və onlara müəyyən məhdudiyyətlər qoymaq mümkündür. Burada əsas yük ailəyə düşür. Onların smartfonlarını valideynlər uşağın yaş hədinə uyğun işləməyi təmin eləməlidir".
Nəzərə alsaq ki, sosial şəbəkələr bəlli bir qanun aktı ilə tənzimlənmir, məsuliyyət məsələsində artıq hər ölkə özü məşğul olmalıdır. Belə ki, proqramdan istifadə edən şəxs giriş etdiyi ölkənin qanunlarına uyğun məsuliyyət daşıyır. Başqa sözlə, sosial şəbəkələrə bizim məhdudiyyət qoymaq şansımız yoxdur. Vətəndaşlar qeydiyyatdan keçdikləri ölkənin qanunları qarşısında hesab verirlər.
"Günümüzdə uşaqlar valideynlərdən daha çox smartfonlara hakimdir. Bunun üçün dövlətin aidiyyəti qurumları bu tip məsələlərə töhfə verəcək assosiasiya yarada bilərlər. Hansısa nazirliyin çərçivəsində ailə münasibətlərini tənzimləyici sosial qurumlar yarana bilər. Ancaq məlum hallar az-az baş verdiyi üçün dövlət bu məsələlərə şəxsi baxır. Əgər yeniyetmələrlə bağlı bu hal kütləviləşərsə, dövlət bunun üçün islahatlar yarada biləcək alt qurumlar yarada bilər", - İKT mütəxəssisi Elvin Abbasovun fikirləridir.
Qeyd edək ki, vaxtaşırı Azərbaycanda sosial şəbəkələrlə bağlı hüquq-mühafizə orqanları da xəbərdarlıqlar edir. Vətəndaşları ehtiyatlı olmağa çağırırlar.
Lakin DTX tərəfindən saxlanılan Fidanın hekayəsini dinlədikdən sonra bir daha görünür ki, 100 faizlik sığortalanmaq və nəticə deyilən şey yoxdur. Azərbaycan sosial şəbəkə seqmenti daim erməni xüsusi xidmət orqanlarının hədəfində olacaq. Xüsusilə də gənc nəsil. Odur ki, bu cür qüvvələrin təsiri altına düşməmək üçün xüsusilə gənclər ehtiyatlı olmalı, şübhə doğuran hər hansı məqam haqqında hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. \\Qafqazinfo


15-06-2022, 18:00

Son xəbərlər

Miqrasiya işçilərinin geyim normalarına dəyişiklik edildi

Müdir tapşırarsa, işçinin ezamiyyətə getməsi məcburi olacaq

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişdi

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşdi

Buna görə kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

Məsafədən iş əmək müqaviləsi ilə tənzimlənəcək

Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi - Yeni təyinat

İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı – SƏBƏB

"Bələdiyyələrin “qəbiristanlıq yeri satan təşkilat” kimi tanınması təhlükəsi yaranır"

İşğaldan azad olunan ərazilərdə bələdiyyələr yaradılacaq? – AÇIQLAMA

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Suriya prezidenti Almaniyaya gedir

Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi

Tramp Qəzzanı idarə etmək üçün "Sülh Şurası"nın yaradıldığını açıqlayıb

Tovuzda bağça müdirinə keçmiş həyat yoldaşı xəsarət yetiridi

“Bakı metrosu” informasiya təhlükəsizliyinə 308 min xərcləyəcək

Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi

Faiq Namazovun rəhbəri olduğu “Darvaz MMC” MTK aparılan tikinti zamanı sakinlər üçün təhlükəli vəziyyət -Video

"Qarabağ" qələbə qazandı

Şənbə günü sulu qar yağacaq

Ramiz Mehdiyevin gəlininə məxsus bank yenə yalan məlumat yaydı – TƏFƏRRÜAT

Ermənistanda maye qazın qiyməti bahalaşıb: “günahkar” Azərbaycan imiş

“Atena”nın rəqabət qanunvericiliyini pozduğu aşkarlanıb

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir - Foto // Video

Azərbaycanda daha 135 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Sürücülər “Azparking”in yeniliyindən narazıdır: “Bunu düzəldin, sonra boş status yazarsız”

Putinin adamından Paşinyana sərt XƏBƏRDARLIQ – Zəngəzur vaqiəsi

Bütün xəbərlər