Gündəm


“Business Insider” jurnalı 2021-ci ildə adambaşına düşən ÜDM-in ən yüksək olduğu Afrika ölkələrinin siyahısını hazırlayıb.
 
Afrikanın ən zəngin ölkələrinin reytinqi Beynəlxalq Valyuta Fondu və Dünya Bankının təqdim etdiyi hesabat əsasında tərtib olunub.
 
Reytinq cədvəlinin ilk pilləsində adambaşına düşən ÜDM-i 12 648 dollar olan Seyşel adaları qərarlaşıb. Adaların əsas gəlir mənbəyini turizm təşkil edib.
 
Siyahıda ikinci yerdə adambaşına düşən ÜDM-i 8 min dollar olan Ekvatorial Qvineya qərarlaşıb. Ekvatorial Qvineya son on ildə Afrikanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. 1990-cı illərdə böyük neft ehtiyatları aşkar edildikdən sonra ölkə Nigeriya və Anqoladan sonra Sahara ətrafı Afrikada üçüncü ən böyük neft istehsalçısı olub.
 
Afrikanın ən zəngin ölkələrinin ilk üçlüyünü adambaşına düşən ÜDM-i 7785 dollar olan Qabon tamamlayıb. Qabon yüksək orta gəlirli ölkədir. Afrikanın beşinci ən böyük neft istehsalçısı olan ölkə son on ildə güclü iqtisadi artım nümayiş etdirib. Son beş ildə ixracın orta hesabla 80 faizi, ÜDM-in 45 faizi, dövlət gəlirlərinin 60 faizi neft sektorunun payına düşüb.
 
Reytinq siyahısında dördüncü yeri Botsvana (adambaşına ÜDM-i 7036 dollar), növbəti yerləri Cənubi Afrika Respublikası (5 236 dollar), Liviya (4 733 dollar), Namibiya (4 412 dollar), Misir (3 606 dollar), Əlcəzair (3 449 dollar), Mərakeş (3 409 dollar) tutub.

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər