Gündəm

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar mayın 22-də Azərbaycanın milli parklarında “açıq qapı” günü təşkil olunacaq.

Bu barədə "MUMtv.az"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

"Ölkəmizin təbii mühitinin bütün komponentləri milli parkları əhatə edən geniş bir ərazidə mühafizə olunur və biz bununla həm də planetin zəngin bioloji müxtəlifliyinin qorunmasına töhfə veririk.  Dünya builki biomüxtəliflik gününə "Bütün canlılar üçün ortaq gələcək qurmaq" kimi mühüm bir  çağırışla qoşulur. Bu o deməkdir ki, biz hamımız təbiətlə bağlı bütün problemlərin həllinə, iqlim dəyişmələrinin fəsadlarının önlənməsinə, insan və digər bütün canlıların sağlamlığına xələl gətirən təsirlərin aradan qaldırılmasına, onların yaşayış yerlərinin davamlılığının təmin edilməsinə, həmçinin ərzaq və su təhlükəsizliyi kimi aktual problemləri gündəmə gətirməklə birgə fəaliyyətə qoşulmalıyıq.
Planetimiz və  mövcudluğumuz üçün olduqca vacib sayılan bu əlamətdar gündə hamılıqla bu bəşəri çağırışlara dəstək olaq,  milli parklarımıza səfər etməklə təbii gözəllikləri bir daha görüb, onun qədrini bilməyə alışaq", - deyə o bildirib.
A. Babayevanın sözlərinə görə, planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.

Son xəbərlər

Saleh Məmmədovun "sevimlisi" ATF MMC-də nə baş verir? - Əvəz Qocayevlə sədr niyə küsüb?

Binəqədidə qanunsuz tikintiyə niyə göz yumulur?

Üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Azərbaycan-Türkiyə sazişi təsdiqləndi

Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsindən geri çağrıldı — SƏRƏNCAM

Abid Şərifovun kürəkənini o əvəzlədi

"Özəl daşıyıcılar qarşısında qoyulan bu tələb kəskinləşəcək" — AÇIQLAMA

"Məmurlar xalqın haqqını vermir ki, xalq ayaga qalxsın" - Daskəsəndə bir ildir çadırda yaşayan ailənin fəryadı

Niderlandda yeni hökumət işə başladı

Vəzifəli şəxs istefa verdi

Azərbaycanın Tailanddakı səfiri dəyişdi

Yanacağın bahalaşması bazara da təsir etdi

Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI… – Malik Həsənov hansı üzlə seçici ayağına gedəcək ki?…

Çətin peşənin şərəfli daşıyıcıları - Gününüz mübarək !

Maaş və pensiyalar artırılacaq? - Deputat AÇIQLADI

İyul ayının ən şanslı bürcləri

Bu bölgəyə köçən insanlara 30 min avro veriləcək

Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib

İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ

Türk bayrağını endirərkən vuruldu - İnternet kəsildi

Dağıstanda niqab qadağan ediləcək

Cəlil Nəzərov azadlığını qorusa da, “Qamo”nu itirdi – FOTO

Şirvan şəhərində 13 hektar ərazini Orxan İbrahimov ələ keçirib? -İLGİNC FAKTLAR

Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

Göyçayda məhkəmə hakimi qanunları saymır-Şikayət

“Atlant” İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir – ŞİKAYƏT

Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir

Nail Abdullayev yeni vəzifəyə təyin olundu

Çağırışçıların tibbi müayinəsi nazirliyə keçdi

Paşinyan bunun üçün referendumun keçirilməsini yersiz adlandırdı

Bu istiqamətdə yeni marşrutlar istifadəyə verildi

Bütün xəbərlər