Gündəm
Gündəm / Cəmiyyət / Hadisə
Astarada məktəbdə YANĞIN
Astarada məktəbdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "MUMtv.az"a verilən məlumata görə, Astara rayonunun Kakalos kəndində ümumi sahəsi 200 m² olan və fəaliyyət göstərməyən birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.