Gündəm

Bakıda 20 milyonluq “xarabalıq” – İşgəncə ilə əldən alınan TM-nin son halı – FOTOLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
Azərbaycanın ən böyük ticarət mərkəzi olacaqdı, indi isə böyük bir sahibsiz məkana çevrilib.

Bakının Qaradağ rayonunda "Sədərək” və "Binə” ticarət mərkəzlərinin yaxınlığında yerləşən "Karvansaray” ticarət mərkəzinin tikintisi aparılan zamanlarda buranın ölkənin 3 ən böyük alış-veriş mərkəzindən birinə çevriləcəyi haqda söhbətlər dolaşırdı. Rəqib TM-nin sahiblərinin müflis olacağı, onların ən böyük rəqibin yarandığı deyilirdi. Amma…

Bura yeni açılan zamanlarda digər TM-də çalışan tacirlər icarə haqqının ucuz olmasına görə buraya gəlməyə başladılar. Dükanlar, mağazalar tez bir zamanda dolmağa başladı. Şirkətlər burada ən böyük mağazalarını açdılar. İcarə haqqı az olduğu üçün qiymətlər də ucuz idi. Proses buranın çox uğurlu olacağını göstərirdi, lakin ticarət mərkəzi özünü doğrultmadı.

Bir tərəfdən onun yaxınlığındakı iki nəhəng bazarın olması, digər tərəfdən buranın sahiblərinin çoxluğu daxili mübahisələrə yol açdı və "Karvansaray”ın uğursuz proyekt olması ilə nəticələndi. İndi isə "lələ köçüb yurdu qalıb”. Burada işləmək nə sahibkarlar üçün əlverişlidir, nə də obyekt alıb icarəyə vermək.

Minval.info xəbər verir ki, müştərilərin isə "Binə” və "Sədərək” bazarlarından çıxıb "Karvansaray”a üz tutması nadir hallarda baş verir. Onlar istəsələr belə burada ala biləcəkləri bir şey yoxdur. Bəzən buraya nəsə almağa gələn olur, onlar da balıqçı dükanına üz tutanlardır. Digər mağazalar bağlı və ya anbar kimi istifadə edilir. Bəzi mağazalar isə şüşəsi qırıq halda, baxımsız durumdadır. Rəqib olması gözlənilən "Karvansaray” indi onların anbarına çevrilib.

Bu bazarın başı əvvəldən bəlalıdır. Ondan çox sahibkarın bir araya gəlib, pul yatırıb işə başlaması, sonradan aralarında yaranan narazılıq TM-ni uğursuzluq yoluna itələyən zamanda kənar əllərin kölgəsi başlarının üstünü kəsdirdi.
Bakıda 20 milyonluq
Belə ki, yerli mediada gedən yazılarda vurğulanır ki, "Karvansaray” ticarət mərkəzi sahiblərindən 2012-ci ildə zor və işgəncələrdən sonra alınıb. Ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu istintaqa ifadələrində deyib ki, "Karvansaray” MMC-ni 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başlayıb. Tikintiyə ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulub. 2012-ci ilin əvvəllərində keçmiş ləğv olunmuş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov "Karvansaray” MMC-nin rəhbəri Nizami Quliyevdən eks-nazir Eldar Mahmudov üçün 20 mağaza istəyib. Amma sahibkarlar Çovdarovun istəyini yerinə yetirməyib. Mağazaları verməyən sahibkarların qara günləri də elə bundan sonra başlayıb. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyinə sahibkarlardan MTN-ə şikayət yazdırıblar.

Bundan sonra Akif Çovdarovla müttəhimlər kürsüsünü bölüşən işçisi Səlim Məmmədov 2 ay ərzində ticarət mərkəzində yoxlama aparıb. Sahibkarların podratçı şirkətə 4 milyon pul ödəməli olduğunu haqda saxta sənəd hazırlayıb. Həmin borcu isə sonradan 40 mağaza ilə əvəzləşdiriblər. Sahibkarlar düşünüblər ki, bununla problemləri bitib və mərkəzin açılışına hazırlığa başlayıblar. Lakin yenidən ticarət mərkəzinin qapısında MTN-çilər peyda olublar.
Bakıda 20 milyonluq
Bu dəfə "Karvansaray” rəhbəri heç bir əsaslı səbəb olmadan MTN-ə, Akif Çovdarovun, ardından isə MTN-də nazir müavini olmuş Hilal Əsədovun hüzuruna aparılıb. Ondan ticarət mərkəzini təhvil verib kənarlaşması tələb edilib.

Sahibkarın istintaqa dediklərindən: "Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra ”Karvansaray” MMC-nin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi.

Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib-getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hümbətovu qoydular. Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar”.
Bakıda 20 milyonluq
Hazırda qeyd etdiyimiz kimi bura sahibsiz halda qalıb. TM-nin bir hissəsi dayanacaq, digər hissəsi anbar kimi istifadə edilir. Kiçik bir hissədə 3 mağaza var. İkisi balıqçı dükanı kimi, digəri isə market olaraq fəaliyyət göstərir.

Vaxtı ilə buradan mağaza alan, icarəyə götürənlər müflis olub. Bəziləri hələ də banklara kredit ödəyir, bəziləri malını eləcə mağazada saxlayıb, bəziləri isə "Sədərək” və ya "Binə” TM-də yer götürərək orada işinə davam edib.

"Karvansaray”ın karvanının nə zaman yola düşəcəyi bəlli deyil. Bəlli olan budur ki, Mahmudov işindən çıxarılıb, Çovdarov həbsdə, bazar qohumlarının nəzarətində, ticarətçilər isə müfis vəziyyətdə…

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər