Gündəm
Gündəm / Hadisə / Dünya
Avstriyada qatar qəzaya uğradı - Ölənlər var
Avstriyanın şimal-şərqindəki Mödlinq rayonunda qatar relsdən çıxaraq qəzaya uğrayıb.
"MUMtv.az" xəbər verir ki, bu barədə Avstriyanın “Kronen Zeitung” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində azı 2 nəfər ölüb, 15 nəfər ağır yaralanıb.
Qəzanın səbəbləri açıqlanmır.
Xilasedicilər və Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları hadisə yerində işləyirlər.