Rusiyada helikopter qəzaya uğradı: Ölənlər var
Rusiyanın Başqırdıstan respublikasının Blaqoveşensk vilayətində “Eurocopter AS 350” helikopteri qəzaya uğrayıb.
Hadisə zamanı göyərtədə olan üç nəfərdən ikisi həlak olub.
Axtarış – xilasetmə əməliyyatına 25 nəfər və 8 texnika cəlb olunub.
Qəzanın səbəbi hələlik məlum deyil.