Gündəm

Bakı-Astara yolundakı restoran yerlərini kim satıb? – Milyonluq QALMAQAL

Hələ bir müddət əvvəl Bakı-Astara magistral yolunun üzərində yerləşən istirahət məkanları və restoranların bağlandığı xəbərləri yayılmışdı. “Hacıoğlu”, “Masallı”, “Ulduz” restoranlarının bir müddətə bağlandığı, onlardan yalnız “Hacıoğlu” və “Masallı”nın açıldığı da təsdiqlənib. Lakin həmin prosesin hansı səbəbdən baş verdiyi barədə ictimaiyyətə heç bir məlumat verilmədi.

"MUMtv.az" Doğru.Az-a istinadən xəbər verir ki, Jamaz.info məsələ ilə bağlı apardığı araşdırma zamanı maraqlı detallar üzə çıxıb. Məlum olub ki, Bakı-Astara yolunun üzərində ayrılmış istirahət sahələrinin hamısı hələ yolun inşası başlayan ərəfədə satılıb. Həmin vaxt yolun tikintisinə nəzarət edən Nəqliyyat Nazirliyi nəzdərdə tutulan yerlərin satışını da həyata keçirib.

Bakı-Astara yolundakı restoran yerlərini kim satıb? – Milyonluq QALMAQAL

Əldə edilən məlumata görə, bu staış işini ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahov rəhbərlik edib. Restoran, kafe, Yanacaq Doldurma Məntəqələri və digər sahələr üçün ayrılmış ərazilərin də hər birinin özünün qiyməti olub. Məlumatlı mənbələr qiymətlərin hər iş adamının cibinə uyğun olmadığını da qeyd edirlər.

Onlar bildirirlər ki, Musa Pənahov yalnız YDM-lər üçün ayrılmış ərazilərdən orta hesabla 20-50 min manatdan pul yığıb. Restoran və kafelər üçün bu rəqəm isə 15-30 min manata qədər müəyyən olunub. Bu qiymətlər də ərazinin hansı əlverişli imkana malik olması ilə dəyərləndirilib.

Məlumata görə, Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra bu məsələ bir müddət açıq qalıb. Musa Pənahov Nazirlər Kabinetinə şöbə müdiri təyin olunduqdan sonra da proses qismən davam edib. Daha doğrusu, həmin yerləri satan Pənahov onların işləməsinə də zəmanət verib. Lakin Ramiz Mehdiyev və ona bağlı komandanın vəzifədən getməsindən sonra bəzi araşdırmalara start verilib. Bu zaman məlum olub ki, Bakı-Astara yolunun üzərində işna edilmiş restoran və kafelərə Musa Pənahov himayədarlıq edib.

Məlumata görə, İqtisadiyyat Nazirliyi qısa zaman içində məsələni tam araşdıraraq, həmin kafe və restoranların bağlanması barədə qərar verib. Təkcə, bağlanma deyil, onları Musa Pənahovun himayəsindən də çıxarıblar. Bunun ardından isə sənədləşmə və yeni müqavilə bağlanılıb və onların işləməsinə icazə verilib.

Bağlanan restoranlardan yalnız “Ulduz”un açılmamasının dəqiq səbəbi isə məlum deyil. Güman edilir ki, onlar təklif olunan şərtləri qəbul etməyiblər.


Son xəbərlər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Bütün xəbərlər