Qaribaşvili azərbaycanlıları bayram münasibətilə təbrik edib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Novruz bayramı münasibəti ilə Marneuliyə səfər edib.
MUMtv.az xəbər verir ki, Baş nazir Marneulidə keçirilən Novruz bayramı şənliyində iştirak edib.
O, bayram münasibəti ilə azərbaycanlıları təbrik edib, onlara sülh və firavanlıq arzu edib.