Gürcüstanda daha 8 nəfər koronavirusdan öldü
Gürcüstanda son sutka ərzində daha 368 nəfər koronavirusa yoluxub.
MUMtv.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bir gündə 8 nəfər COVID-19-dan həyatını itirib.
Məlumata əsasən, 1225 nəfər müalicə olunaraq sağalıb.