Gündəm
Gündəm / Hadisə
Evdən 15 minlik qızıl oğurlayan qadın saxlanıldı
Bakıda evdən 15 min manatlıq oğurluq olub.
Bu barədə "MUMtv.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Ömərova saxlanılıb.