Hadisə
Hadisə
Gəncədə evdən 6 min manatlıq oğurluq olub
Gəncədə mənzildən 6400 manatlıq oğurluq edilib.
Mumtv.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Gəncə şəhərindəki evlərin birindən 500 manat pul və 5900 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş C.Kazımov saxlanılıb.