Gündəm

Azərbaycanda tədavülə yeni yubiley pul nişanları buraxıldı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Bu il Azərbaycanda Mərkəzi Bankçılığın yaranmasının 100-cü ildönümü və əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaranmasının 20-ci ildönümünün qeyd olunması münasibətilə, hər iki yubiley tarixlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanlarını tədavülə buraxıb.

 

Bu barədə qurumun açıqlamasında bildirilir. 

 

Yubiley pul nişanlarının çəkisi 1 troy unsiyası – 31,1 qr. (+ 0,1 qr.), diametri isə 38,61 mm. təşkil edir. Pul nişanları Böyük Britaniyanın "The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun "Pruf” texnologiyası əsasında istehsal edilib.

 

Mərkəzi Bankçılığın 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində iqtisadi inkişafı təcəssüm etdirən parabola xətlərinin fonunda AMB-nin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, arxa tərəfində isə Dövlət Gerbi, Azərbaycan manatının simvolu, eləcə də milli naxış və ornamentlər təsvir olunub.

 

ARDNF-in 20 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Fondun inzibati binasının təsviri, loqosu, azərbaycan və ingilis dillərində "Azərbaycan Respublikası Dövlət Neft Fondu” və "20 il” sözləri, arxa tərəfində isə Dövlət Gerbi, aypara və eləcə də milli naxış və ornamentlər təsvir olunub.

 

Yubiley pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.(Report.az)


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər