Gündəm

İki il keçsə də, AZAL biletlərin pulunu qaytarmır
 
MUMtv.az: - Bir qrup vətəndaş 2 ildən çoxdur ki, Nyu-York-Bakı istiqamətinə alınan yüzlərlə biletin ödənişlərinin "Azərbaycan Hava Yolları”  QSC (AZAL) tərəfindən geri qaytarılmadığını bildirir.

Bu barədə "Qafqazinfo”ya müraciət edən şəxslər bildirib ki, koronavirus pandemiyası səbəb kimi göstərilərək sərnişinlərə ödənişin qaytarılmaması üçün müxtəlif bahanələr gətirilir: "Deyirlər ki, bir başqa istiqamətə uçuş vauçeri verə, yaxud da şirkət bütün beynalxalq uçuşları bərpa etdikdən 60 gün sonra ödənişləri geri qaytara bilər. Biz isə bilirik ki, bu, çox absurd və gülünc yanaşmadır. Çünki dünyanın heç bir ölkəsində aviaşirkətlərdən alınan biletlərin bu şərtlərlə geri qaytarılması təklif olunmur. Aviaşirkət uçuşu ləğv edirsə, sərnişinə biletin ödənişini ən qısa zamanda, əksər hallarda 3-5 iş günü ərzində geri qaytarmalıdır”.

"Qafqazinfo” vətəndaşların müraciəti ilə bağlı AZAL şirkətinə sorğu ünvanlayıb. Şirkətdən saytımıza cavab olaraq bildirilib ki, hazırda davam edən COVID-19 pandemiyası ilə  əlaqədar sərhədlərin bağlı olduğu dövrdə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın tələblərinə riayət etməklə yalnız bir sıra istiqamətlər üzrə xüsusi reyslər həyata keçirir: "Bu reyslərə Nazirlər Kabineti yanında Operativ Qərargah və digər ölkələrin aviasiya hökumətləri tərəfindən də xüsusi icazələr verilir və onlar müntəzəm uçuşlar hesab edilmir. 

Daha öncə sərnişinlərə məlumat verildiyi kimi, epidemioloji vəziyyət əlverişli olduğu halda və dövlətlərarası hava nəqliyyatında məhdudiyyətlər aradan qaldırıldıqdan sonra müntəzəm uçuşlar başlanandan 60 gün sonra sərnişinlərin aviabiletlərin dəyərinin qaytarılmasına başlanacaq.  

Qeyd etmək istərdik ki, hal-hazırda bütün sərnişinlər aviabiletlərini xüsusi reyslərin həyata keçirildiyi bütün istiqamətlərə çox rahatlıqla dəyişə bilirlər”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər