Gündəm

"Yaxşı oğlanın anası..." - Şəmkirdə bu cümləyə görə qətl
MUMtv.az: - Bu ilin yanvarında Şəmkirdə həmyaşıdını bıçaqlayaraq öldürən 17 yaşlı yeniyetmənin cinayət işi ilə bağlı detallar bəlli olub.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə aparılan məhkəmə araşdırmasında məlum olub ki, R. Hüseynov tanışı Əhliman Tağıyevi anasının ünvanına dediyi ifadələrə görə öldürüb. Belə ki, R.-nin anası ikinci dəfə ailə qurubmuş. Ə.Tağıyev R.Hüseynovla ortaq dostlarına "R.-lə dostluq etmək məsləhət deyil", "yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz", "R.-ə salam verən mənə salam verməsin" kimi sözlər deyib. Bunu öyrənən R.Hüseynov Əhliman Tağıyevi bıçaqlayaraq öldürüb.

Məhkəmədə dindirilən R.Hüseynov özünü qismən təqsirli bildiyini deyib:
"Ofisiant işlədiyim restoranda Əhlimanla münasibətimiz yarandı. 2020-ci ilin yayında aramızda narazılıq olub. Onun qohumundan xoşum gəlirdi. Mən də həmin qıza instaqramdan tanışlıq məqsədilə mesajlar yazmışdım. Həmin qız bu barədə Əhlimana dediyinə görə aramızda narazılıq yaranmşdı".
Həmin vaxtdan sonra Ə.Tağıyevlə R.Hüseynov arasında münasibətlər korlanıb:
"Bir dəfə Əhliman dostumuz Nəzmini kənara çəkərək mənimlə dostluq etməyin məsləhət olmadığını deyib. Öyrəndim ki, mənim barəmdə "yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz", "R.-ə salam verən mənə salam verməsin" kimi sözlər deyib. Əhliman dəfələrlə uşaqların yanında anamın ikinci dəfə ailə qurmasına görə məni təhqir edib. Bu barədə onun özünə mesaj yazdım. Əhliman cavab olaraq mənə ana- bacı söyüşü söydü".
Bundan sonra Ə.Tağıyevin Məmməd adlı dostu R.Hüseynova zəng edərək aralarında olan mübahisənin doğru olmadığını, bir yerdə çay içib söhbətin bağlanmasını, münaqişənin mehribançılıqla bitməsini xahiş edib. Bu məqsədlə 5 yanvar 2021-ci il tarixdə görüş planlaşdırılıb. Lakin görüş vaxtı yenidən münaqişə yaranıb.
"Həmin gün Əhliman yenə zəng edib mənə ana-bacı söyüşü söydü. Məmməd mənə Əhlimanın üzərində bıçaq ola biləcəyini dedi. Bir az sonra Əhliman, Məmməd, Sənan, Aydın və Həsən görüşdük. Əhlimanı qorxutmaq üçün üzərimdəki bıçağı çıxardım, ona bir bıçaq zərbəsi vurdum", - deyə təqsirləndirilən şəxs qeyd edib.
Qeyd edək ki, Ə.Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib. R.Hüseynov hadisəni törədərkən 17 yaşında olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər