Gündəm

MUMtv.az: - Gördüyünüz iki mərtəbəli binalar sovetlər dönəmində müasir görkəmi ilə seçilən yaşayış evləri olub. İndi isə həmin binalarda insanlar acınacaqlı durumda  yaşayırlar. Sökülüb dağılmış binada yaşayan sakinlərin hansı şəraitdə yaşadıqlarının şahidi olursunuz. Bu binalar şəhər tipli adını daşıyan Goranboy rayonunun Qazanbulaq qəsəbəsindədir. Sovetlər dönəmində qəsəbənin tərkibində iki xəstəxana, ümumi rayonu təmin edən çörək "zavod"u, rayon üzrə mərkəzi hamamı və digər ticarət mərkəzləri mövcud olub. Eyni zamanda "Teatr Avadanlığı" "zavod"u və Kəlbəcər dağlarında qızıl yataqlarının axtarışı ilə məşğul olan Geoloji Kəşfiyyat idarəsi də olub. Ən maraqlısı odur ki, SSRİ üzrə iki "Teatr Avadanlığı" "zavod"ları fəaliyyət göstərib. Adıçəkilən "zavod"lardan biri SSRİ-nin paytaxtı Moskva şəhərində, biri də Goranboyun Qazanbulaq şəhər tipli qəsəbəsində yerləşib. Bir vaxtlar sakinlər işdən sonra, yüksək əhval-ruhiyyə ilə bu binalardan çıxıb kinoteatrlara gedirdilərsə, İndi doqqazdan kənara çıxa bilmirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycanın bugünkü hakimiyyəti sovetlər dövrünü xalqına unutdura bilmir. Unutdurmaq üçün xalqı "dubinka" altına salmaq və ya ac-yalavac saxlamaq lazım deyil. Sadəcə insanların sosial rifahını yüksəltmək lazımdr. Göründüyü kimi, binaların bərpası üçün dövlətin aidiyyəti qurumlarının tükləri belə tərpənmir. Heç cürə inana bilmirik ki, bu binalar aidiyyəti üzrə rəsmi qurumlar tərəfindən əsaslı təmir oluna bilər. Amma gözləntilərimiz odur ki, qəzalı vəziyyətdə olan binaların çökməsi nəticəsində insan tələfatı baş verə bilər. Bu cür xoşagəlməz halların baş verməməsi üçün dövlət qurumları təcili hərəkətə keçməli olduqları halda, qəsəbə üçün əlavə su problemi də yaradılır. Belə ki, Göy göl istiqamətindən qəsəbəyə gələn çaylaq sularının qarşısı alınaraq, bəzi oliqarx məmurların və işbazların zəpt etdikləri hektarlarla əkin sahələrinə ayrılır. Bunun da nəticəsi olaraq, Qazanbulaq qəsəbəsini su ilə təmin edən çaylaqlar susuzluqdan quruyur. Belə bir xoşagəlməz hallarla üz-üzə qalan sakinlər 25 manat pullarından keçərək, avtonəqliyyat vasitəsi ilə 4-5 kub metr su almaq məcburiyyətində qalırlar. Bu da işsizlikdən əziyyət çəkən insanlara baha başa gəlir. Haqqında bəhs etdiyimiz şəhər tipli qəsəbə Alman əsirləri tərəfindən tikilib ərsəyə gətirildikdən sonra, 1946-cı ildə sakinlərin ixtiyarına verilib. Yerli sakinlərin bildirdiyinə görə "bu qəsəbə 1994-ü ilə qədər heç bir çətinliklərlə üz-üzə qalmayıb."//gundemxeber.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər