Gündəm

""Azərpoçt"da anarxiya"...  -   MÜDİRİN ŞOK İDDİASI !  // VİDEO +  FOTO

MUMtv.az:Yenə saymazlıq, yenə özbaşınalıq...

Yenə üzümüzün qarası, başımızın bəlası rüşvət...

Bu dəfə də "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına üz tutan, sinəsi giley dolu vətəndaş "Azərpoçt"un 2 saylı poçt filialının, 78 saylı poçt şöbəsinin müdiri Musayeva Zeynəb Musa qızıdır.



Zeynəb xanım redaksiyamıza müraciətində iddia edir ki:

""Azərpoçt"da anarxiyadır. Rüşvətxorluq baş alıb gedir. Bir müddət Əvvəl 3 saylı poçt filialının müdiri olan, fəaliyyətində yol verdiyi nöqsanlara və korrupsiya faktlarına, həmçinin başlarına oyunlar açdığı işçilərin çoxsaylı şikayətlərinə əsasən tutduğu işindən azad edilən Emin Kərimov necə olubsa yenidən "Azərpoçt"un 2 saylı filialına müdir əvəzi olaraq geri dönüb.

Döndüyü gündən də öz əmrdənkənar, şəxsi qərarları ilə hər kəsə meydan oxuyur."

Zeynəb xanım onu da bildirir ki:

"Azərpoçt"un müdiri Əfqan Cəlilovun cərəyan edən proseslərdən xəbəri yoxdur. Emin Kərimli öz rüşvətxor, özbaşına əməlləri ilə çox müdirləri işindən edib, indi də Əfqan müəllimi "başını yemək" istəyir."

Qeyd: Zeynəb xanımın baş verənlərdən Əfqan Cəlilovun xəbəri olmadığını iddia etməsinə baxmayaraq, Zeynəb Musayevanın müdiri olduğu 78 saylı poçt şöbəsinin bağlanması haqqında olan əmrdə Əfqan Cəlilovun imzası yer alır.

Daha sonra Zeynəb xanım iddia edir:

"Emin Kərimli mənə dedi: "1-2-3 nəysə verə bilsən işində qalıb davam edərsən. Sənə toxunan olmaz".
Soruşdum 1-2-3 nədir?

Dedi: -"gedərsən Əfqan müəllimin yanına, orda özü başa salar".

Ümumiyyətlə, "Azərpoçt"da həmişə belə olub. Hər təzə gələn müdirə köhnə işçilər işlərində qalmaq üçün rüşvət verirdilər. Lakin, tənha qadın olduğuma görə, sağolsunlar, mənə həmişə güzəşt ediblər. Məndən rüşvət istəməyiblər. Lakin, Emin Kərimli gələndən işimi davam etdirməm üçün rüşvət tələb edir."

Qeyd: Görün, "Azərpoçt"da rüşvət necə "qanun" olubsa, Zeynəb xanıma "güzəşt" etmələrini, xanım müdiriyyət tərəfindən ona qarşı edilən "jest" olaraq qəbul edir və "sağolsunlar" deyə, təşəkkür də bildirir.

Hüquqi dövlətdə bu kimi halların baş verməsi həm gülməlidir, həm də ki, ağlamalı...

Zeynəb xanım deyir: - "Getdim, Əfqan Cəlilovun yanına, dedim Emin müəllim mənə deyir: - "1-2-3 ver, işində işlə". Bu "1-2-3" nədir? Mənim imkanım yoxdur. Tənha qadınam. Ömrümü "Azərpoçt"a sərf eləmişəm. Əfqan müəllim heç nə demədi."

P.S: Sözügedən məsələ barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə adıçəkilən Emin Kərimli ilə telefon əlaqəsi saxladıq.

Özümüzü təqdim edib, Zeynəb xanımın adını çəkən kimi, Emin Kərimli söhbətə elə başladı ki, daha bizə sual verməyə gərək qalmadı.

"Qardaş, mən rəis əvəziyəm. Mənə rəhbərlikdən gələn göstərişləri müzakirə obyektinə çevirmək fikrim yoxdur. Mən mənə gələn tapşırıqları icra edirəm.

Lazımdır, ümumi şöbəsi var oranın, mətbuat xidməti var. Xahiş edirəm ora ilə əlaqə saxlayın. Mən cavab verə bilmirəm, o göstəriş mənə yuxarıdan gəlib, İcra edirəm."


Emin müəllimdən "Azərpoçt"un ümumi şöbəsinin telefon nömrəsini alıb, həmin nömrə ilə əlaqə saxladıq. Lakin təəssüflər olsun ki, dəstəyi qaldıran olmadı.

QEYD: Zeynəb xanımın videomusahibəsi "MUM.TV" YouTube kanalımızda yayımlandıqdan bir gün sonra Zeynəb xanım redaksiyamız ilə əlaqə saxlayıb, bildirdi ki, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin "Azərpoçt"dan ona zəng edib, idarəyə dəvət ediblər.

Bu gün səhər isə, xanım yenidən redaksiyamıza zəng edib, bildirdi ki, poçtdan ona zəng ediblər ki, "əşyalarınız hazırdır. Gəlin götürün".

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

""Azərpoçt"da anarxiya"...  -   MÜDİRİN ŞOK İDDİASI !  // VİDEO +  FOTO

""Azərpoçt"da anarxiya"...  -   MÜDİRİN ŞOK İDDİASI !  // VİDEO +  FOTO

Son xəbərlər

Bethovenin sirlərini saç telləri açdı

İsveç parlamenti NATO-ya üzv olmağa razılıq verib

Medvedev deyir ki, Rusiya müharibəyə Ukraynanın Rusiyanın bir hissəsi olduğu üçün başlayıb

Fəlakət bölgəsində epidemiya iddiaları...

Şimali Koreya bir neçə qanadlı raket atdı

Rusiya Ukraynanı yenidən vurdu

Əmək və Azadlıq Alyansı prezident seçkilərində namizəd irəli sürməyəcək

Yaponiyanın baş naziri elan olunmamış səfərdə Ukraynaya dəstəyi davam etdirəcəyini vəd edib

ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycan

Putin Çinin Ukraynada sülhə dair mübahisəli təkliflərini alqışlayır

Blinken: Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalaya bilər

Əfsanəvi özüyeriyən zenit silahı "Şilka" "qatil dronları" adını aldı

Çexiya prezidenti artıq Ukraynaya kömək edə bilməyəcəklərini bəyan edib

Tramp məhkəməyə qandallı gəlmək və iclası tamaşaya çevirmək istəyir

Almaniya xalqı ən çox müharibədən qorxur

Moskvada "qarayara" şübhəsi ilə xəstə yerləşdirilib

Vətəndaşlardan `haqq` tələb edın MTK sahibi universitetin baş müəllimi imiş... - BU NƏDİ BELƏ?

Dövlət qurumlarında TENDER MAXİNASİYASI: Qətldə suçlanan şəxs necə qalib “seçilib”?

Klinikalar arasında ƏSL SAVAŞ GEDİR... - BU NƏDİ BELƏ?

Scholz Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırır

BMT-nin klimatoloqları “insanların sağ qalması üçün bələdçi” nəşr etdi

Donald Tramp həbs olunub?

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Yaponiyanın baş naziri gözlənilmədən Ukraynaya səfər edib

Yaponiya Təpəli İbisi Materikdə Vəhşi vəziyyətə qaytarmaq üçün Prosesə Başlayır

Çekirge dağı parçalanıb

Lukaşenko təhlükəsizlik qüvvələri tərəfindən terror aktları üçün nəzərdə tutulan partlayıcı maddələrin aşkar edildiyini açıqlayıb

Cankoy şəhərində partlayış Rusiyanın "Kalibr NK" qanadlı raketlərini məhv etdi: Şəhərdə fövqəladə rejim tətbiq edildi

İran XİN rəhbəri gələn həftə Moskvaya rəsmi səfər etməyi planlaşdırır

Yaponiyanın Baş naziri NWO başlayandan bəri ilk dəfə Ukraynaya səfər edəcək

Toivo Klaar Brüsseldə Çavuşoğlu ilə görüşüb

Macarıstan Aİ-nin Putinin həbsinə order verilməsi ilə bağlı birgə bəyanatının bloklandığını təsdiqləyib

Bütün xəbərlər