Dünya

Pandemiyanın ikinci dalğası avrozonada daha yüngül keçə bilər
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

"Koronavirus pandemiyasının ikinci dalğası ilə əlamətdar olan bu ilin dördüncü rübündə avrozona iqtisadiyyatının tənəzzülü birinci dalğadakına nisbətən daha az olacaq".

Mumtv.az "Report"a istinadən xəbər verir ki, "Societe Generale Cross Asset Research" şirkətinin araşdırmasında bunun səbəbi əksər iqtisadi sahələrin açıq qaldığı, dövlət dəstəyinin də yüksək səviyyədə olması ilə bağlıdır.

 

Bununla yanaşı, yaz aylarındakı pandemiyanın birinci dalğası dövründə tətbiq edilmiş sərt lokdaun tədbirləri üzündən region iqtisadiyyatının on illərdən bu yana ən ciddi böhranla üzləşdiyi, ona görə də dövlət qurumları tərəfindən təcili şəkildə həm sahibkarlığa, həm də işləyənlərə dəstək tədbirlərinin işə salındığı qeyd olunur.

Karantin məhdudiyyətləri yumşaldıqca iqtisadiyyat nisbətən dirçəlsə də, pandemiyanın payızda başlayan ikinci dalğası iqtisadiyyatda yenidən lokdaun tədbirlərinə qayıtmaq zərurətini üzə çıxardı. İkinci dalğanın fəsadlarının daha çox dəbdəbəli malların satışı, ictimai iaşə, əyləncə, həmçinin bəzi nəqliyyat növlərində özünü göstərəcəyi ehtimal olunur.

"Aparılan rəy sorğuları, habelə istehsalatın açıq qaldığı nəzərə almaqla 2020-ci ilin dördüncü rübündə də istehsalatın sabit qalacağı, gələn ilin birinci rübündə isə "Brexit" üzündən ziyan çəkəcəyi gözlənilir", – araşdırmada qeyd olunur.

Bununla belə, COVID-19 ilə bağlı qarşıdakı qış aylarında yeni məhdudiyyətlər tətbiq olunsa, vəziyyət hazırda gözlənildiyindən daha kəskin, orta perspektivdə isə yeni dərmanların yayılması və dövlətlər tərəfindən iqtisadi dəstək tədbirləri nəticəsində yaxşılaşa bilər.

Xatırladaq ki, Avropa İttifaqı ilə Böyük Britaniya hökuməti arasında "Brexit" sonrası ticarət sazişi imzalamaq üçün aylardır davam edən danışıqlar ilin sonunadək nəticə verməsə, yanvarın 1-dən etibarən ticarət əlaqələri yeni qaydalara keçəcək ki, nəticədə hər iki tərəfin iqtisadiyyatı problemlərlə üzləşə bilər. Bəzi ekspertlərin qənaətincə tərəflər son nəticədə irimiqyaslı ticarət sazişi yox, məhdud razılaşma imzalayacaqlar.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər