Dünya
Dünya
Rusiyada koronavirusdan ölənlərin sayı 8 mini ötdü
Rusiyada son sutka ərzində daha 7 889 nəfər koronavirusa yoluxub, ümumi yoluxma sayı 576 952 nəfərə çatıb.
Mumtv.az yerli KİV-ə istinadən bildirir ki, virusdan ölənlərin sayı son bir gündə 161 nəfər artaraq 8002 nəfərə çatıb.
İndiyədək virus daşıyıcısı olan 334 592 nəfər sağalıb.
Bu arada Saratov vilayətində koronavirusa yoluxanlar arasında 11 uşağın olduğu barədə də məlumat yayılıb.