Dünya

Misirin Qırmızı dənizin sahillərində yerləşən məşhur Şarm əl-Şeyx kurortunda iki ay əvvəl koronavirus pandemiyası ilə əlaqədar bağlanmış 40 otel fəaliyyətini bərpa edib.

Mumtv.az xəbər verir ki, Qırmızı dəniz bölgəsinin qubernatoru Əmr Hənəfi həmin istirahət mərkəzlərinə müvafiq sertifikatları təqdim edib. Sertifikatların təqdimatından əvvəl vilayətin müvafiq strukturları tərəfindən otellərin COVID-19 virusuna qarşı həyata keçirdikləri profilaktik tədbirlər ciddi şəkildə yoxlanılıb.

Qubernator jurnalistlərə müsahibəsində bildirib ki, Baş Nazir Mustafa Mədbulinin açıqladığı Ramazan bayramı günlərində karantin qaydalarının sərtləşdirilməsi, habelə çimərliklərin bağlanılması qərarına baxmayaraq, otellərə məxsus ərazilərdə daxili turistlərin istirahətinə icazə veriləcək. Eyni zamanda, ictimai çimərliklər tamamilə qapalı olacaq və yalnız hökumətin müvafiq qərarından sonra açılacaq. Ə.Hənəfi əlavə edib ki, Ramazan bayramı günlərində safari, suya dalma kimi əyləncələr, habelə kiçik gəmilərin hərəkəti də qadağandır.

Misirin Ticarət Palatası bu ölkənin Otel Sahibkarları Federasiyası ilə birgə turizm sektorunun fəaliyyətinin tədricən bərpası planı hazırlayıb. Əcnəbi turistlərin qəbulunun bərpa edilməsinin dəqiq tarixi isə hələ açıqlanmır.(Azertag.az)


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər