Dünya
Dünya
Fransada koronavirusdan ölənlərin sayı 27 mini keçdi
Son 24 saatda Fransada koronavirusdan daha 83 nəfər dünyasını dəyişib. Bununla da ölü sayı 27 074-ə çatıb.
Mumtv.az Yenisabah.az-a istinadən xəbər verir ki, Fransanın Səhiyyə Nazirliyi ötən sutka ərzində ölkədə daha 507 nəfərin virusa yoluxduğunu açıqlayıb. Nazirlikdən qocalar evində koronavirusa yoluxan şəxslərin bu siyahıya daxil olmadığını bildiriblər.
Məlumatlarda ölkədə 21 071 nəfərin koronavirusdan müalicə olunduğu qeyd olunur. Onlardan 24 248 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.