Cəmiyyət
Ermənilər Paşinyanın istefasını tələb edir
Ermənistan əhalisinin təxminən yarısı hesab edir ki, Baş nazir Nikol Paşinyan istefa verməlidir.
Mumtv.az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə sosial sorğular üzrə ixtisaslaşmış "Gallup” təşkilatının Ermənistan üzrə təmsilçisi Aram Navasardyan keçirdiyi mətbuat konfransında bildirib.
Ermənistanın bütün vilayət və şəhərlərini əhatə edən sorğu noyabrın 25-dən dekabrın 2-nə qədər telefon vasitəsilə keçirilib.
"Paşinyan hazırda nə etməlidir?” sualına rəyi soruşulanların 38 faizi cavab verib ki, Baş nazir fəaliyyətini davam etdirməlidir, 45 faiz isə hesab edir ki, o istefa verməlidir”, - deyə Navasardyan qeyd edib.
2020-ci ilin iyulunda "Gallup”un keçirdiyi sorğuya Paşinyanı əhalinin 85 faizi dəstəkləyirdi. Göründüyü kimi artıq dekabrda bu rəqəm 38 faizə düşüb.
Navasardyan deyib ki, oktyabrın 26-da Baş nazirin canlı yayımda Ermənistanın güzəştə getməli olduğunu bildirməsi və noyabrın 9-da təslimçi sazişə imza atması onun reytinqinin sürətlə düşməsinə səbəb olub.