Cəmiyyət

“Rusiya ilə gərginlik ölkəmizə fayda verməz” - Səfər Əbiyev
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Bu gün hər birimizin, ürəyi və qəlbi Azərbaycanla döyünən hər kəsin sevinməyə və böyük qələbə münasibəti ilə iftixar hissi keçirməyə tam haqqı vardır. Bu haqqı doğma torpaq həsrəti ilə yaşayan xalqa qaytardığına görə Ali Baş Komandana və qəhrəman Azərbaycan əsğərinə dərin təşəkkürlərimi bildirirəm”.

Mumtv.az bildirir ki, bu sözləri Modern.az-a keçmiş müdafiə naziri, general-polkovnik  Səfər Əbiyev bildirib.

Eks-nazir deyib ki, müharibənin qayda-qanunları əsgərimizi daha da mətinləşdirdi, onun döyüş ruhunu və əzmini möhkəmləndirdi.

"Böyük Çin filosofu və mütəfəkkiri, insanlıq tarixinə və təkamül nəzəriyyəsinə zəngin töhfələr bəxş edən məşhur Lao-Tszıdən maraqlı bir iqtibas gətirmək istərdim:

"Mənə yaxşılıq edənə yaxşılıq edəcəyəm, pislik edənlərə isə öz sevgimi yetirməklə onları yaxşılıq yoluna sövq etməyə çalışacağam”.

Bu fəlsəfi kəlamın mahiyyət və ideya tərzi hərəyə bir cür təsir bağışlayır. Mənə görə isə tərbiyəvi üslub və əhəmiyyət baxımından şəxsiyyətin bütövlüyünü təmin edən 4 əsas mənəvi keyfiyyəti-ləyaqət və sədaqəti, mərhəmət və xeyirxahlığı özündə birləşdirir. Silahlı Qüvvələrimizin erməni işğalçıları üzərində qələbəsini yüksəldən faktorlar sırasında da məhz bu prinsiplərin oynadığı müstəsna rolu xüsusi ilə qeyd edərdim.

Dünən axşama yaxın dostlardan biri ilə qısa fikir dartışmam da oldu. Hər zaman ədalətin və gerçəyin yanında olan dostum bu dəfə yanlış təsəvvürlər üzərində israr edirdi. Ona adi və son dərəcə məntiqli bir sual verdim: "Sən dünyaca məşhur boksçu Mayk Taysonla savaşa bilərsənmi?!" Yox, qardaşım, bir yumruqla məni Marsa uçurdar...Döyüşə bilmərəm.

- O zaman bəs niyə maksimalistik edirsən? Azərbaycanın Rusiya ilə münasibətlərində hər hansı gəginlik ölkəmizə fayda verməz. Belə bir addım ölkəmiz üçün çox zərərli və təhlükəlidir və belə yanlış fikirlərlə insanları çaşdırmağa dəyməz. Ağıl və müdriklik nümayiş etdirilməlidir.

Düşmən 44 günlük müharibədə 90-dan çox mülki şəxsi qətlə yetirib. Öldürülənlər arasında körpə uşaqlar da var. Ermənilərin bu dövləti cinayətini dünya miqyasında ifşa etmək üçün Azərbaycanın informasiya və ideoloji təbliğat vasitələrinin imkanları daha da gücləndirilməlidir. Ortada konkret fakt var.

Ali Baş Komandanın müharibə şəraitində Azərbaycanın haqq işinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında və düşmənin işğalçı siyasətinin alt-üst edilməsində təkbaşına apardığı uğurlu təbliğati fəaliyyəti beynəlxalq ictimai fikrin formalaşması istiqamətində olduqca əhəmiyyətli rol oynadı. Nəhayət, Ermənistanın zorakılığa əsaslanan hərbi-siyasi mahiyyətini bütün çılpaqlığı ilə dünyanın müzakirə predmetinə çevirən cənab prezidentin dərin analizləri, müsahibələri düşmənin kimliyi barədə həqiqətləri bütün əcaib tərəfləri ilə açıb göstərdi və bununla erməniyə çox ciddi tarixi bir dərs verdi.

Azərbaycanın qanına susayan ikinci belə bir milləti dünya yer üzünə gətirməyib. 44 günlük döyüşdə Ali Baş Komandanın həyata keçirdiyi genişmiqyaslı və ifşaedici təbliğatla bu ultramillətçilərin necə vəhşi, insanlıq tarixi üçün necə təhlükəli bir toplum olduğunu fakt və dəlillərlə sübuta yetirməsi oldu. İkinci Qarabağ savaşı ilə hörmətli İlham Əliyev onların məkrli niyyətlərinə nöqtə əvəzinə böyük bir nida qoydu.

Beləliklə, Qarabağ müharibəsi Azərbaycanın tarixində yeni və silinməz səhifələr açdı. Azərbaycan prezidentinin müharibə siyasəti ilə əlaqədar müəyyən etdiyi düzgün strateji xətt qələbənin təmin olunmasında öz töhfələrini verdi. Azərbaycanın irəli sürdüyü şərtlər Ermənistan tərəfdən sözsüz və birmənalı qəbul olundu.

Ermənistan hökuməti noyabrın 10- da gecə saat 2.30 radələrində kapitulyasiya aktı ilə razılaşaraq Azərbaycana təslim olduğunu bəyan etdi. Bu böyük zəfərin, qalibiyyətin üç böyük qəhrəmanı var:

1) Azərbaycan xalqı;

2) Azərbaycan Prezidenti, Ali Baş Komandanı

3) Azərbaycan Ordusu;

Qarabağ savaşındakı ugurlarımızın əldə edilməsində böyük dövlət adamlarından birinin adını çəkməməklə özümü günahkar sayardım. Bu hamımızın sevimlisi, düşmənlə müharibədə Azərbaycan üçün dəqiqələrini əsirgəməyən QardaşTürkiyə xalqının yenilməz lideri dəyərli Rəcəb Tayyib Ərdoğandır. Təşəkkürlər sayın cümhurbaşkanı!!!

Erməni murdarlığının, erməni həyasızlığının dünyada tayı-bərabəri yoxdur. Xəyanət və xainlik onun qanından, binamusluğundan doğan xarakterdir.İstəsələr də dəyişə bilməzlər.

Həm də dünyada yeganə millətlərdəndi ki, nə düz-əməlli milli tarixləri, fəxr ediləsi halal vətəni, torpağı, dövləti, nə də mədəni-mənəvi keçmişi olub. Gözü onun-bunun əllinə dikilib, görsün ki, qabağına kim tula payı tullayacaq. Son 200 ildə erməni bu cür əzilməmişdi. Ali Baş Komandanımızın və müzəffər Ordumuzun əsri düşmənə verdyi cəzanı çətin ki, onlar bu tezliklə unuda bilsinlər. Məğlubediməzlərin onurğa sütunu qırıldı. Başlarını bir daha dik tuta bilməzlər.

Sonsuzluğa qədər onlara bu cür alçaqcasına yaşamaq fürsətini vermək olmazdı. Ali Baş Komandanımız düşmənin özü barədə uydurduğu əfsanə və mifi darmadağın etdi. Mən buna görə hötmətli İlham Əliyevi ürəkdən təbrik edir, ona bu şətəfli mübarizədə böyük uğurlar arzulayıram".


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər