Cəmiyyət

“Xəzər“ TV-dən Xoşqədəm Hidayətqızıyla bağlı rəsmi AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

"Məlum olduğu kimi bir aydan çoxdur ki, ikinci Qarabağ savaşı - Vətən müharibəsi davam edir. Bu tarixi dövrdə ordumuza ümumxalq dəstəyinin, möhtəşəm ümummilli birliyin şahidi oluruq". 

 

Mumtv.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu fikirlər "Xəzər Media Holdinq"in mətbuat üçün açıqlamasında yer alıb. Açıqlamada daha sonra deyilir:

"Biz də bu birliyə öz töhfəmizi vermək məqsədilə efir yayımımızı vətənpərvərlik, ümummilli birliyə çağırış, müzəffər Azərbaycan Ordusuna dəstək, dövlət və xalqın həmrəyliyi üzərində qurmuşuq. Efirimizdə mövcud şəraitlə bağlı yayımlanan verilişlərdən biri də Azərbaycanın əməkdar jurnalisti Xoşqədəm Baxşəliyevanın təqdimatında "Atəş xətti" verilişidir. Verilişə qonaq qismində dəvət olunan ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, mədəniyyət nümayəndələri mövcud vəziyyətlə bağlı dəyərli fikirlərini ictimaiyyətlə bölüşürlər.

Lakin, təəssüf ki, son günlər aparıcı Xoşqədəm Baxşəliyevaya qarşı sosial mediada və bəzi xəbər saytlarında qarayaxma kampaniyaları aparılmaqdadır. Belə ki, 30.10.2020-ci il tarixində yayımlanan "Atəş xətti" verilişində X.Baxşəliyevanın Azərbaycanda mövcud olan milli azlıqlarla bağlı ayrı-seçkilik salması iddia olunub. 

Məlumat üçün bildirmək istərdik ki, "Xəzər TV"nin Efirə Nəzarət Qrupu mütəmadi olaraq yayımı nəzarətdə saxlayır və müvafiq tədbirlər görür. Lakin səslənən iddialar nəzərə alınaraq "Xəzər TV"nin Efirə Nəzarət Qrupu qeyd olunan yayımla bağlı yenidən araşdırma aparıb. Araşdırma zamanı X.Baxşəliyevanın fikirlərinin təhrif olunduğu, ona qarşı yönələn iddiaların əsassız olduğu məlum olub. Belə ki, qeyd olunan iddialar heç bir real fakta, görüntüyə əsaslanmayan uydurmalardır. Bundan əlavə qeyd etmək istərdik ki, yayımlanan bütün verilişlər video platformalar üzərində tam olaraq yerləşdirilir. İzləyicilər özləri də həmin platformalara daxil olaraq yayımlanan verilişləri təkrar, heç bir montaj və müdaxilə olmadan izləyə bilərlər.

"Xəzər Media Holdinq" olaraq bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu tərəfindən möhtəşəm qələbələr yaşadığımız bir dövrdə milli birliyimizə kölgə salmaq məqsədilə səsləndirilən bu iddialar təxribat xarakteri daşıyır. Bu səbəbdən də izləyicilərimizi həm də informasiya müharibəsində olduğumuz dövrdə maksimum diqqətli olmağa, sosial şəbəkə platformalarında bu cür əsassız məlumatları paylaşmamağa çağırırıq.

Bununla belə, "Xəzər TV"də yayımlanan verilişlərlə bağlı xoşagəlməz hallar olarsa, real faktları və görüntüləri info@xezertv.az e-mail ünvanına göndərməyiniz xahiş olunur. Sizi əmin edirik ki, təqdim olunan faktlar tərəfimizdən tam araşdırılacaq və ehtiyac olduğu təqdirdə müvafiq addımlar atılacaq.


Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər