Cəmiyyət

Prezident təqaüdü alacaq tələbələr bu universitetlərdə oxuyurlar - SİYAHI
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Xəbər verdilyi kimi, 2020-ci il oktyabrın 29-da 2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, hər il tələbə qəbulu müsabiqəsində xüsusilə fərqlənərək, ən yüksək nəticə əldə edənlər gəncliyimizin intellektual elitasını təmsil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə qayğı göstərmək, onları həvəsləndirmək, inkişaflarına və potensial imkanlarının gerçəkləşməsinə kömək etmək, şərait yaratmaq dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır:

"Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1739 nəfər 600 və daha yuxarı bal toplamışdır. Onlardan 206 nəfər məcburi köçkün rayonlarına aid məktəblərin məzunlarıdır. Sevindirici haldır ki, bu məzunların əksəriyyətini artıq məcburi köçkün hesab etməyə də bilərik. Çünki hazırda rəşadətli Azərbaycan Ordusu tərəfindən həmin rayonların əksər hissəsi düşməndən azad edilib. Yüksək bal toplayan abituriyentlər demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edir. Yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarının sayı bu il 966 nəfər olub.

Yüksək nəticə göstərənlər I ixtisas qrupu üzrə (texniki və təbiət elmləri üzrə ixtisaslar) 612 nəfər, II ixtisas qrupu üzrə (iqtisadiyyat və idarəetmə üzrə ixtisaslar) 216 nəfər, III ixtisas qrupu üzrə (humanitar və sosial ixtisaslar) 555 nəfər, IV ixtisas qrupu üzrə (səhiyyə, rifah və xidmət ixtisasları) 356 nəfər olub.

Qeyd edək ki, hələ 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Fərman vermişdi. Həmin Fərmana uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Çox fərəhli haldır ki, Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği daha da artırılmışdı. Təqaüdün məbləği sonradan bir neçə dəfə də artırılıb.

Azərbaycan gəncliyinin intellektual elitasına göstərilən bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstək, ruhlandırıcı amil rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir.

Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən şəxslər respublikanın 21 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərdən 43 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 10 nəfər kənd məktəblərinin məzunlarıdır), 3 nəfər bir valideyni əlil olan ailədən, 1 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, sürücü, mühafizəçi, aşpaz, usta, bərbər və digər ailələrdən olan məzunlardır. Siyahıda olan 23 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.

Təqaüdçülərdən 59 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Abşeronda yerləşən məktəblərin məzunlarından 8, Sumqayıtda yerləşən məktəblərin məzunlarından 7, Qəbələdə yerləşən məktəblərin məzunlarından 5, Naxçıvanda yerləşən məktəblərin məzunlarından 4 nəfəri bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə keçmiş işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.

Xatırladaq ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 22 nəfər Bakı Ali Neft Məktəbinə, 20 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 8 nəfər ADA Universitetinə, 5 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Azərbaycan Dillər Universitetinə, 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, qəbul olunub".

(Sonxeber.az)

 

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər