Cəmiyyət
Cəmiyyət
YAP bu uşaqlara hər ay 300 manat ödəyəcək
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə terrorunda valideyinlərini itirən uşaqlara müavinət ayırıb.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Gəncə şəhərində səfərdə olan baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası valideyinlərini itirən uşaqlara növbəti aydan etibarən 300 manat dəyərində təqaüd təyin edib
"Bu uşaqları himayəyə götürən yaxınları və ya qohumlarına hər bir uşağa görə 300 manat dəyərində Yeni Azərbaycan Partiyasının təqaüdünü alacaqlar. Bu təqaüd bu uşaqlar böyüyənədək davam edəcək", - deyə Ə.Əhmədov qeyd edib.