Cəmiyyət

Bakı beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakı şəhəri "Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti”nin 2023-cü ildə keçiriləcək 3-cü Regional Konfransına ev sahibliyi edəcək.

Mumtv.az Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata əsasən bildirir ki, bu barədə qərar sentyabrın 17-də "Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti”nin 42 ölkədən olan yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə onlayn şəkildə keçirilən səsvermə nəticəsində qəbul olunub. Həmçinin 2017-ci ildə "Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti”nin sədri kimi fəaliyyətə başlayan Çingiz Rəhimov təşkilatın Şərqi Avropa üzrə  regional nümayəndəsi seçilib.

Bakının namizədliyinin elan edildiyi ilk gündən Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Konqreslər Bürosu tərəfindən aparılan uğurlu təbliğat işi, həmçinin paytaxtın turizm və təşkilatçılıq imkanlarının peşəkar şəkildə təqdim edilməsi konfransın Azərbaycanda keçirilməsi hüququnun əldə edilməsi ilə nəticələnib.

Azərbaycan Konqreslər Bürosu tərəfindən irimiqyaslı tanıtım, təbliğat və marketinq kampaniyasının aparılması, professor Çingiz Rəhimovun göstərdiyi təşəbbüsün hərtərəfli dəstəklənməsi 1000-dən çox xarici iştirakçısı olması gözlənilən konfransın ölkəmizə cəlb olunmasına öz töhfəsini verib. 

İşgüzar turizmin inkişafı üzrə bu nailiyyətin əldə edilməsinə Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyi tərəfindən böyük dəstək göstərilib.

Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva bildirib ki, bu cür irimiqyaslı beynəlxalq tədbirlər nəinki ölkəmizin və onun işgüzar turizm imkanlarının tanıdılmasına xidmət edir, eyni zamanda müxtəlif sahələrin inkişafına da öz töhfəsini verir.

1970-ci ildə əsası qoyulmuş Avropa, eləcə də dünyanın bir sıra başqa ölkələrində yüksək nüfuza malik olan "Avropa Kəllə-Üz-Çənə Cərrahları Cəmiyyəti” kəllə-üz-çənə cərrahiyyəsində müasir üsulların tətbiq olunması üzrə ixtisaslaşaraq sözügedən cərrahiyyə növü ilə bağlı yenilikləri çatdırmaq üçün hər iki ildən bir dünyanın müxtəlif ölkələrində beynəlxalq səviyyəli konfranslar keçirərək üzvlərini bir araya toplayır.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irimiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirməkdir.


Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər