Cəmiyyət

Cərimələnən velosipedçilərlə bağlı rəsmi açıqlama

Son vaxtlar Bakıda və digər bölgələrdə velosiped sürənlərin polis əməkdaşları tərəfindən saxlanılaraq cərimələnməsinə dair məlumatlara tez-tez rast gəlinir. 

Mumtv.az xəbər verir ki,DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Qafqazinfo”ya bildirib ki, həmin şəxslər barəsində velosiped sürdüklərinə görə deyil, məhz qaydaları pozduqlarına görə barələrində inzibati tədbirlər görülür:

 

"Biz də vətəndaşlarımızın velosipeddən istifadə etmələrinin tərəfindəyik və alqışlayırıq da. Çünki velosipedin həm sağlamlığa müsbət təsiri var, həm də ekoloji baxımdan da olduqca sərfəli hərəkət vasitəsidir. Lakin qanun velosipedi harada və necə gəldi sürməyə icazə vermir. Hərəkətin intensiv olduğu və sıxlıq olan yerdə velosipedin sürülməsi həm orada istirahət edən insanlara mane olur, həm də təhlükə yaradır.

Dəfələrlə yol-nəqliyyat hadisələri qeydə alınıb ki, hadisəyə səbəb məhz velosipedçi olub. Ona görə də velosipeddən istifadə edən vətəndaşlarımız mütləq qaydada qanun və qaydaya riayət etməli və velosipedi onlar üçün ayrılmış məkanlarda, ətrafdakı insanların, nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etməlidirlər. Belə olarsa, onlar cərimələnmədən, öz həyatlarını təhlükəyə qoymadan velosipedlərini rahat şəkildə sürüb sağlamlıqlarının qayğısına qalmış olacaqlar. Bir daha vurğulayıram ki, barələrində inzibati tədbir görülənlər velosiped sürdüklərinə görə deyil, məhz qaydalara əməl etməyərək velosipedlərini müəyyən edilməyən yerlərdə sürdüklərinə görədir”.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər