Cəmiyyət

Bu gün ölkədə fəaliyyət göstərən bəzi özəl şirkətlər müəyyən iqtisadi problemlər qarşısında çətin vəziyyətdə qalır, hətta müflisləşirlər. Lakin dövlət şirkətləri müntəzəm olaraq dövlətdən dəstək alırlar. Belə olduqda dövlət şirkətlərinin özəl şirkətlərə nəzərən müflisləşmə və ya bağlanma riski az olur. Görünür, bu, bir sıra dövlət şirkətlərini arxayın salıb.

Bunu Axar.az-a millət vəkili Elman Nəsirov ötən gün Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirə haqda danışarkən deyib.

E.Nəsirov vurğulayıb ki, müşavirənin ən diqqətçəkən məqamı ölkə başçısının bir sıra dövlət şirkətlərinin fəaliyyətindən narazılığını dilə gətirməsi oldu:

"Prezident xüsusilə "Azərsu”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Neft Şirkəti, AZAL ilə bağlı narazılığını bildirdi. Bu və bu kimi bir sıra şirkətlər həqiqətən də dövlətin gözləntilərini doğrultmur. Halbuki hər il bu şirkətlərə dövlət büdcəsindən yardımlar ayrılır, eyni zamanda güzəştlər tətbiq edilir. Mövcud pandemiya dövründə isə bu şirkətlərə vergi, gömrük rüsumu kimi endirimlər edilməsinə baxmayaraq, dövlətin gözləntilərini qarşılamır. Təsadüfi deyil ki, ölkə başçısı "dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir” ifadəsini işlətdi. Təəssüf ki, bu gün bir sıra dövlət şirkətləri həqiqətən də özünü sosializm iqtisadi modelində sanır. Dövlət şirkətləri dövlət büdcəsindən dəstək almamalı, ona dəstək olmalıdır”.

Elman Nəsirovun sözlərinə görə, ölkədə fəaliyyət göstərən özəl şirkətlərə dövlət dəstəyinin ayrılması daha səmərəli nəticələr verə bilər:

"Bu gün vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Xüsusilə ölkə başçısının vergi sistemində ciddi islahatlar aparması özəl sektorun inkişafına böyük dəstək verdi. Dünya təcrübəsinə baxdıqda da biz bunu görə bilərik. Dövlət büdcəsi əsasən özəl sektorda formalaşır. Ölkə başçısının müşavirədə toxunduğu məqamlar və dövlət şirkətlərinin fəaliyyətindən narazılığı iki şeydən xəbər verir: Birincisi, ölkədə bəzi sahələrin özəlləşməsinə ciddi ehtiyac var. Bu sahələr özəl sektorun himayəsinə və ya ölkəyə cəlb edilən xarici investorlara həvalə edilə bilər. Bu isə faktiki olaraq yeni bir özəlləşmə proqramı deməkdir.

İkincisi, dövlət şirkətlərinin iş prinsipinə yenidən baxılaraq paralel olaraq özəl sektorun inkişafına da müvafiq dəstək proqramları tərtib edilə bilər”.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər