Cəmiyyət
Millə vəkili və başçı şəhid məzarını ziyarət etdi - Foto

Neftçala rayonunun millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının dəstəyi ilə bu günlərdə Neftçala rayonunun ilk şəhidi Əfsər Səttar oğlu Gözəlovun Bankə qəsəbə qəbiristanlığındakı məzarı abadlaşdırılıb.
Mumtv.az bildirir ki, dəfn olunduqdan sonra yenilənməyən şəhid məzarı üzərində baş daşı qoyulub, məzarın ətrafında abadlıq işləri görülüb.
Millət vəkili Sabir Rüstəmxanlı və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov şəhid Əfsər Gözəlovun məzarını ziyarət ediblər.
Qəsəbə sakinlərinin və rayon fəallarının iştirak etdiyi tədbirdə Sabir Rüstəmxanlı çıxış edərək, Neftçala rayonunun Milli Azadlıq Hərəkatında və Birinci Qarabağ savaşında fəal olmasından, bu gün şəhidlərə göstərilən sayğıdan danışıb.
(Axar.az)