Cəmiyyət
Cəmiyyət
Dənizə getmək istəyənlərə ŞAD XƏBƏR
İyulun 20-dən sonra çimərliklər vətəndaşların istifadəsinə verilə bilər. Pandemiyanın qarşını almaq üçün çimərliklərdə bir sıra işlər görülür.
Mumtv.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.
Onun sözlərinə görə, çimərliklərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq: "İnsanların virusdan qorunmasını təmin etmək üçün ən zəruri addımlar atılacaq. Çimərliklər istifadəyə verilərkən qonaqların qaydalara əməl etməsi əsas məsələdir. İnsanların sosial məsafəni gözləməsi, yaxın təmasdan uzaq olmaları vacib şərtdir".