Cəmiyyət
Cəmiyyət
Bakının Biləcəri qəsəbəsində qismən məhdudlaşdırılacaq
Aparılan təmir işləri ilə əlaqədar bu gecədən Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Mumtv.az xəbər verir ki, bu barədə Metbuat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)bildirilib.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.