Cəmiyyət

 
“Polisin rüşvət aldığı təsdiqlənərsə, nəinki orqandan xaric ediləcək...”


 
 




"ASAN Xidmət tərəfindən verilən məlumata əsasən, iki gün ərzində faəliyyətinə icazə verilən təşkilatlarda işləyən 260 mindən də çox şəxs haqqında məlumat portala yerləşdirilmişdi. Şənbə gününə qədər 70 min, bir gün sonra 82 min nəfərin ölkədaxili hərəkət etməsinə icazə verilmişdi. 82 min şəxsin təkcə xidməti nəqliyyat vasitələri yox, şəxsi nəqliyyat vasitələrindən istifadəsinə də icazə verildi. Çox təəssüflər olsun ki, bundan da kütləvi şəkildə  sui- istifadə hallarına  yol verildi”

Dogruxeber.az "Qafqazinfo”a istinadən  xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev REAL TV-yə müsahibəsində deyib. O qeyd edib ki, elə təşkilatlar, müəssisələr var idi ki, onlara Nazirlər Kabinetinin qərarına əsasən məhdud sayda işçilər haqqında informasiyanı icazə portalına daxil etməli olduqları halda, nə qədər işçiləri var idisə hamısının ad soyadını portal daxil etmişdilər: "Aydın məsələdir ki, portalda onun hərəkətinə icazə varsa, onların sərbəst hərəkətinə icazə verilir. Görünən odur ki, bu məlumatların ən çox portala daxil edilməsində məqsəd həmin insanların məhz həmin günlərdə Bakı, Sumqayıt, Abşeron rayonunun inzibati ərazisini tərk etmək olub. Bu onların özlərinin də əziyyət çəkməsinə gətirib çıxardı. 

Həmin sui-istifadəyə yol verilən şəxslərin adının qara siyahıya salınması mümkündür. Ancaq onunla bağlı araşdırma aparılır. Bu bir və ya on maşın deyildi. Biz müvafiq orqanlar qarşısında məsələ qaldırmışıq ki, portala daxil edilən məlumatlara nəzarət mexanizmi olmalıdır. Hər kəs öz istədiyi sayda əməkdaşı haqqında məlumatı ora daxil etməsin. Çünki bu məlumatın olması həmin şəxsin sərbəst hərəkətinə icazə verir. Polis yalnız portal görə yoxlaya bilir”.

K. Əliyev həmçinin postdan keçməyə görə polis əməkdaşlarına hər hansı rüşvətin verilməsi ilə bağlı iddialara da cavab verib.

O bu iddiaların yeni olmadığını vurğulayıb: "Bu ölkədə xüsusi karantin rejimi tətbiq edilməyə başladığı vaxtdan gedən söhbətlərdir. Dəfələrlə sosial şəbəkədə bu haqda informasiyalar yayılıb. Biz də mütəmadi olaraq bu şayiələri yayan insanlara müraciət etmişik ki, konkret məlumat verin. Həmin şəxslərin gəldiyi avtomobilin dövlət nömrə nişanı bizə verilsin ki, biz onu araşdıraq. Postdan keçən vaxtı bilək ki, onu hansı əməkdaşımız yoxlayıb. İndiyə kimi bununla bağlı konkret fakt bizə verilməyib. Əgər fakt təsdiqini taparsa, həmin əməkdaş Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən cəzalandırılacaq. O nəinki orqandan xaric edilə, hətta haqqında cinayət işi də açıla bilər”.

Son xəbərlər

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Bütün xəbərlər