Hadisə

HƏYACAN! Yük maşını içərisində uşaq olan minik maşının

Sürücü qəsdən yolun kənarında saxlayan avtomaşının üzərinə sürdü.

Mumtv.az Metbuat.az-a istinadən xəbər verir ki, Lənkəranda qaydaları kobud şəkildə pozan yük maşını sürücüsü hərəkətdə olan digər avtomobilin sürücüsünə qəza vəziyyəti yaradıb.

Hadisə 26 may saat 14.00 radələrində Lənkəran şəhəri Şilavar-Digah yolu ərazisində baş verib. Saytımıza müraciət edən "KİA” markalı nəqliyyat vasitəsinin sürücüsünün sözlərinə görə, hərəkət zamanı qəflətən yolun sağ zolağından H 017 687 seriya nömrəli yük maşını qabağına çıxıb. Xəbərdarlıq siqnalı versə də hərəkət halında olan yük maşını dayanmayıb.

''KİA'' markalı nəqliyyat vasitəsinin sürücüsü yaranmış vəziyyətdən qorxan ailə üzvlərini sakitləşdirmək üçün avtomobili yolun sağ zolağında saxlayıb.

Bu zaman yük maşının sürücüsü yaranmış vəziyyətdən istifadə edərək yolun sağ zolağında dayanmış ''KİA'' markalı avtomaşının üzərinə, idarə etdiyi nəqliyyat vasitəsini sürüb. Cəld tərpənən ''KİA'' markalı avtomaşının sürücüsü avtomobili bir qədər də sağa hərəkət etdirərək yaranmış təhlükəli vəziyyətdən xilas olub.

Bundan sonra yük maşınının sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini saxlayıb maşından enərək ''KİA'' markalı avtomaşının sürücüsündən də nəqliyyat vasitəsindən düşməyi tələb edib.

''KİA'' markalı nəqliyyat vasitəsinin sürücüsü avtomaşında ailəsinin və azyaşlı uşağının yaranmış vəziyyətdən narahat olması səbəbindən, yük maşınının sürücüsünün bu hərəkətlərinə əhəmiyyət vermədən yoluna davam edib.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxladıq.

Kamran Əliyev Metbuat.az-a müsahibəsində bildirdi ki, bu barədə fikir söyləmək üçün polis tərəfindən araşdırılma aparılmalıdır. Hadisə iştirakçısı olan hər iki sürücü dindirilməli, ərazidə hadisəni qeydə ala biləcək kamera görüntülərinə baxılmalıdır. Yalnız bundan sonra baş vermiş qayda pozuntusu ilə bağlı qərar vermək olar.



Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Bütün xəbərlər