Cəmiyyət

36 yaşlı qızım Narınc Psixologiya Mərkəzində koronavirusa yoluxub.

Mumtv.az bildiir ki, bu barədə Axar.az-a sözügedən mərkəzdə virusa yoluxan və hazırda karantində saxlanılan xəstənin anası İradə Hümbətova bildirib.

Şikayətçi qeyd edib ki, mərkəzdə heç bir gigiyenik qaydalar gözlənilmir, tibbi maska taxılması kimi ən adi qorunma qaydalarına riayət olunmur. İ.Hümbətova hazırda koronaviruslu xəstələrin saxanıldığı yerdə müalicə alan qızının infeksiyaya Narınc Psixologiya Mərkəzində yoluxmasına əmin olduğunu bildirib:

"Karantin müddətində qızım bir dəfə də harasa getməyib. 3 azyaşlı uşağı olduğu üçün yayılan xəstəliyi nəzərə alaraq, heç yerə çıxmır. Kiçik nəvəmi də karantin yumşaldılmalarından sonra açılan Narınc Psixologiya Mərkəzinə avtomobillə aparıb-gətirir. Yəni ictimai nəqliyyatdan da istifadə etmir. Nə market, nə də mağazaya gedib bu müddət ərzində. Narınc Psixologiya Mərkəzinə getdiyi ilk gündən mən oradakı vəziyyətdən narazı idim. Mərkəzə daxil olanda heç kəsin qızdırması ölçülmür, maska taxmaq tələb edilmir, heç bir sosial məsafə gözlənilmir. Mərkəzin girəcəyində əllərin dezinfeksiya edilməsi üçün spirt qoyulub, onu da ancaq diqqət etsəniz görə bilərsiniz. Mərkəzin foyesi müalicə üçün gələn valideynlər və uşaqlarla dolu olur. Ancaq məsafə saxlanılması üçün xəbərdarlıq edilmir. Qızım pandemiya dövründə həmişə maska taxıb. Ora gedib-gəldikdən sonra qızdırması olub, nəfəs ala bilməyib, boğulma başlayıb, dadbilmə və iybilmə qabiliyyətini itirib. Analizlərin nəticəsi pozitiv çıxdıqdan sonra təcili yardım gəlib aparıb qızımı”.

İ.Hümbətova bildirib ki, bununla əlaqədar Narınc Psixologiya Mərkəzinin həkimlərinə də məlumat verib:

"Qızım deyir ki, uşaqla məşğul olan psixoloq belə maskadan istifadə etmirdi. Qızımın nəticələri pozitiv çıxanda mən nəvəmin həkiminə bunu bildirdim. Həkim mənə deyir ki, bu məlumatı yaymayın, yoxsa gəlib mərkəzi yenə bağlayarlar, siz də burada müalicə alan uşaqların günahına batarsınız. Mən onlara izah edə bilmirəm ki, ora infeksiya mənbəyidir. Qızım orada yoluxub bu virusa, bəlkə elə mənim qızımdan da kiməsə keçib, bəlkə hansısa uşaq da yoluxub? Bir tədbir görülməlidir axı. Mənim qızım yoluxub, istəmirəm başqasının da balası, körpəsi yoluxsun. Vəziyyət daha da ağır ola bilər”.

Şikayətçi bildirib ki, mərkəzdə nəzarət kameraları var və həmin kameralar vasitəsilə məsafə qorunmadığı, gigiyenik qaydaların gözlənilmədiyi müəyyən edilə bilər.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər