Cəmiyyət
Cəmiyyət
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
mumtv.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli vəzifəsindən azad olunub.
O, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol İdarəsinin bölməsinə inspektor vəzifəsinə təyinat alıb.
(oxu.az)