mumtv.az
mumtv.az

"Qarabağın məşhur müəllimləri" - Əşrəf Abbasov

17-12-2020, 14:19 57 dəfə baxılıb

"Qarabağın məşhur müəllimləri" - Əşrəf Abbasov
 
 
 
 
 
 
 
 
 

 
 
 

 

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq Əşrəf Abbasovdur.

Sonxeber.az xəbər verir ki, o, 1920-ci ildə Şuşa şəhərində anadan olub.

Görkəmli bəstəkar, musiqişünas, pedaqoq, professor, Xalq artisti Əşrəf Abbasov Azərbaycan incəsənət tarixinə unudulmaz musiqi xadimi kimi daxil olub, müxtəlif janrlarda maraqlı əsərlər yaradıb.

Əşrəf Abbasov 1947-1948-ci illərdə A. Zeynallı adına Musiqi Texnikomunun (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) direktoru olub. 50 ilə yaxın Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq kafedrasının müəllimi, 1953-1957-ci illərdə konservatoriyanın rektoru, 1957-1972-ci illərdə bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. Konservatoriyanın nəzdində onillik musiqi məktəbində musiqi nəzəriyyəsi dərsləri üzrə müəllimlik fəaliyyəti göstərib.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA