Şou
Şou
Onu təhqir edən izləyicisini polisə verdi
Aktyor Kıvanç Tatlıtuğun sosial media hesabındakı paylaşımı başına bəla olub.
Mumtv.az bildirir ki, aktyor tvittr hesabında koronavirusa yoluxduğundan şübhələnib xəstəxanada müalicə aldığını və səhhətinin yaxşı olduğunu bildirib. Sosial mediadakı izləyicilərindən biri onu bu sözlərinə görə təhqir edib.
O, Kıvanç haqqında bunları yazıb:
"İstənilən halda heç vaxt xalq üçün nəsə etməmisən. Sən səni yaraşıqlı olduğun üçün sevən beyinsiziinsanların gözündə adi bir aktyorsan".
Bu sözlərdən sonra Tatlıtuğ həmin izləyicisini polisə şikayət edib. Hazırda həmin şəxs barəsində araşdırmalar aparılır.
/Publika.az