Sosial

“Yeni övladlığagötürmə prosesində idarəetmə ASANlaşacaq”
 
 
 
 
 
 
 
 
 
Xəbər verildiyi kimi, övladlığagötürmə mexanizminin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 08 oktyabr 2019-cu il tarixli qanunvericilik təşəbbüsü əsasında Parlamentin plenar iclasının 3 dekabr 2019-cu il tarixli 3-cü oxunuşunda Ailə Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, Mülki Məcəlləsi, "Uşaq hüquqları haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilmişdir. Milli Məclis Aparatının eksperti, fəlsəfə doktoru Zaur Adıgözəlov "Palitra”ya bildirib ki, qanun layihələrinə dəyişikliklər 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır: "Bu baxımdan qısa olaraq qeyd edim ki, yeni layihədə övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi və elektronlaşdırılması, övladlığagötürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi və məsuliyyətliyin artırılması nəzərdə tutulmuşdur. Bu layihə övladlığagötürmə sahəsində yeni modeli və elektron hökümət siyasətini özündə təcəssüm etdirir və təbii ki, bu modelin mərkəzində də uşağın mənafeyinin qorunması durur. Yeni Qanun ölkə başçısının islahatlar proqramına tərkib hissəsidir və düşünürəm ki, qanunun qəbul olunması ilə övladlığa götürmə prosesi ilə bağlı bürokratik əngəlliklərin aradan qaldırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, idarəetmənin ASANlaşdırılması baxımından mühüm sənəd olacaqdır. Belə ki, yeni Qanuna görə vətəndaşlar sənəd toplamadan, bir çox təmaslardan azad olurlar və elektron şəkildə onların müraciətləri, ərizələri qəbul olunur. Bu həm də elektron hökümətin inkişafına bir töhvədir.
Zaur Adıgözəlov deyib ki, mövcud icra olunan qanunvericiliyə əsasən valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı: "İlkin uçotu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş uçotu 3 yaşına qədər uşaqlar üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ümumi uçotu isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparırdı. Yeni yanaşma təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə imkan verəcəkdir. Eyni zamanda, yeni Qanunda övladlığa götürmə prosesinin 3 mərhələdə aparılması nəzərdə tutulmuşdur. Bunlar - övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi (bu mərhələnin özündə də övladlığa götürmək istəyən şəxslərlə müsahibələr və mənzil şəraitinin yoxlanılması, təlim, uyğunlaşma, müəssisədə uşaqlarla görüş və sınaq müddətində ailədə yerləşdirmə kimi alt mərhələlər olacaqdır.) və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi mərhələlərindən ibarətdir. Bu mərhələlər övladlığa götürmə prosesində övladlığa götürmək istəyən şəxslərin həm həyat şəraitinin, həm övladlığa götürməyə olan motivlərinin, həmçinin uşaqla onların uyğunlaşmasının müəyyən edilməsinə imkan verəcəkdir. Həmçinin, bu qanunda valideyn namizədlərlə bağlı tələblər sərtləşdirilmişdir. Belə ki, bir sıra kateqoriya cinayətləri törədən şəxslərin (sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə) övladlığa uşaq götürməsi qadağan edilir. Eyni zamanda, ovladlığa götürənlər - nigahda olan şəxslər üçün minimum yaş həddi 25, nigahda olmayanlar üçün 30 yaş, valideyn - namizədlə övladlığa götürülən uşaq arasında yaş fərqi 18 yaş kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına uyğun olaraq bu prosesin dövlət icra mexanizmini müvafiq icra hakimiyyəti orqanı - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcəkdir”.

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər