Siyasət

Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDI
 
 
 
 Ermənistan Milli Təhlükəsizlik Xidməti arxivlərinin bir hissəsini açıb.

 

1918-1920-ci illərə aid arxiv sənədlərində Azərbaycan Xalq Cümhuriyyətinin Yerevandakı nümayəndəsi Məmməd xan Təkinski haqda maraqlı qeydlərə rast gəlinib. Çar ordusunun generalı Rəhim bəy Naxçıvanskinin Türkmənistana yürüşü zamanı övladlığa götürdüyü Məmməd bəy 1919-cu il yanvarın 29-dən həmin ilin oktyabrın 10-da qədər Yerevanda AXC-nin rəsmi nümayəndəsi olub.

 

Arxiv sənədlərindən aydın olur ki,  Ermənistan ərazisində qurulmuş Ararat Respublikasının rəsmiləri bir-birilə yazışmalarda Məmməd xan Təkinski fəaliyyətini diqqətdə saxlayırdılar. O, fəaliyyətə başladığı gündən ermənilərin xüsusi müşahidəsi altında olub.

 

"Yerevana gəldiyi gündən türkyönümlü səfir Məmməd xan Təkinski nəzarətə götürülmüşdü. Onun məqsədi Ermənistandakı müsəlmanların ayağa qalxmasını təmin etmək və ordu haqqında ətraflı məlumat toplamaq idi”- deyə arxiv sənədlərində qeyd olunub.

 

Ermənilər diplomatik toxunulmazlıq statusu olan Təkəlinin ordu, hərbi-siyasi dairələr barədə gizli məlumatlar toplaya bildiyini, həmin vacib sənədlərin Bakıya göndərildiyini etiraf edirlər. Diplomatın ən böyük xidməti isə Şərur-Naxçıvan bölgəsinin Ermənistana birləşməsinin qarşısının alınması idi. Belə ki, yerli müsəlman əhali ilə sıx əlaqədə olan Məmməd bəy Təkəli onları müqavimət göstərməyə sövq edə bildi.

 

1919-cu il iyunun 7-də Məmməd xan Təkinski AXC  xarici işlər naziri M.Cəfərova məktubunda yazırdı.

 

"Denikinin başçılıq etdiyi Könüllü Ordunun uğurlu irəliləyişi halında Yerevan Azərbaycan Xalq Cümhuriyyətinə qarşı düşmən mövqe tuta bilər. Ona görə də Şərur-Naxçıvan bölgəsində ermənilərə təhlükə yaratmalıyıq. tərəfimdən atılmış addımlar nəticəsində  Şərur-Naxçıvan və Ordubad bölgəsi Milli Şuranın simasında birləşərək, mənimlə müntəzəm əlaqə yaradır”.

 

Məmməd xan Təkinskinin yazışmalarını oxuyan Ermənistan xüsusi xidmət orqanları bu barədə baş nazir Aleksandr Xatisova məlumat ötürürdülər.

 

Arxiv sənədləri rəsmi Yerevanın intriqaları nəticəsində 1919-cu ilin oktyabrında  Məmməd xan Təkinskinin Yerevanı tərk etməyə məcur olduğu qeyd olunub.

 

Məmməd xan Təkinski Bakıya döndükdən sonra AXC hökumətində xarici işlər nazirinin müavini postunu tutur. 1920-ci ilinaprelində Qırmızı Ordu Bakını zəbt etdikdən sonra Məmməd xan Təkinski siyasi səhnədən uzaqlaşır. O 1937-ci il repressiyaları zamanı güllələnmişdi. 


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər