Siyasət

Paşinyan vahiməyə qapılaraq qərb ölkələrindən imdad diləyir
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

"Beynəlxalq hüquqa, NATO və Avropa İttifaqı ölkələrinin xarici siyasət prinsiplərinə, BMT-nin sənədlərinə görə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Deməli, Azərbaycan Ordusu Qarabağda heç bir qəbahət iş tutmur, sadəcə ərazilərini zəbt etmiş düşmən ordusunu oradan çıxartmağa çalışır”.

Mumtv.az bildirir ki, bu fikirlər litvalı jurnalist Vitautas Çepukasın yazısında yer alıb.

Müəllifin fikrincə, Azərbaycan Ordusu da əvvəllər Ukrayna, Moldova, Gürcüstan torpaqlarını müdafiə edən yerli hərbçilər kimi hərəkət edir:

"Ermənistan qan tökülməsini istəmirsə, ordusunu özgə torpaqlardan çıxartsın. Onda müharibə dərhal qurtarar. Söhbət nədən gedir? Biz bəzilərinin ərköyün davranışlarına yol veririksə, o birilərinə də bu haqqı verməli olacağıq. Yəni Litva Erməniləri İttifaqına, Baltiya Erməniləri Alyansına Vilnüsdə yürüşə çıxıb Azərbaycanın Dağlıq Qarabağda erməniləri məhv etməsi barədə şüarlar səsləndirməyə icazə vermişiksə, onda məsələn, Ukrayna, Gürcüstan, Moldova da öz torpaqlarını güc yolu ilə qaytarmaq istəsələr və müharibə zamanı insanlar həlak olsa, adıçəkilən ölkələrin ərazi bütövlüyünü pozan separatçıların da üzünə öz küçələrimizi gərək açaq. Lakin belə etsək, düzgün olmaz. Çünki hər hansı separatizmə, fərqi yoxdur, Litvada, Polşada, İspaniyada olsun, nə televiziyada, nə də küçələrdə söz söyləmək imkanı verilməməlidir”.

Jurnalist qeyd edib ki, rəsmi Bakı son 30 il ərzində qərb ölkələrindən kömək gözləyərək sonsuz səbr edib, lakin onlar bu problemi həll etməkdə tamamilə aciz qalıb:

"Bəs azərbaycanlılar neyləməlidirlər? Rəsmi Yerevan da 30 ildir Ermənistan ordusunun yenilməzliyindən dəm vurur. İndi nə görürük? Təlaş içindədirlər. Ermənistan rəhbərləri, o cümlədən Nikol Paşinyan vahiməyə qapılaraq qərb ölkələrindən imdad diləyirlər. Ancaq qərb Ermənistana heç bir kömək edə bilmir. Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Azərbaycan isə indiyədək heç bir qəbahət iş tutmayıb, sadəcə yad ordusunu öz torpağından çıxardır. Əgər Yerevanı bombalasaydılar, onda Bakını qınaya bilərdik. İndi isə qətiyyən yox”.

(Report)


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər