mumtv.az
mumtv.az

Baş prokuror: “Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması üçün bütün mexanizmlərdən istifadə edəcəyik”

Baş prokuror: “Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması üçün bütün mexanizmlərdən istifadə edəcəyik”
17-10-2020, 10:35 41 dəfə baxılıb

Baş prokuror: “Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunması üçün bütün mexanizmlərdən istifadə edəcəyik”
 
 
 
 
 
 
 
 
 
 

"Ermənistan tərəfi ancaq dinc əhalini hədəf alırlar. Cəbhə bölgəsindən 100 km uzaqda yerləşən şəhərə raket atmaq ancaq acizlikdən xəbər verir”.

Mumtv.az bildirir ki ki, bunu Ermənistan ordusunun Gəncəyə növbəti raket hücumu nəticəsində dağılmış ərazilərə baş çəkən Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, ermənilər cəbhədə hər böyük məğlubiyyətindən sonra belə üsula əl atırlar: "Onların cavabı layiqincə veriləcək”.

Kamran Əliyev növbəti raket hücumu ilə bağlı cinayət işinin başlandığını bildirib: "Cinayət işi başlanıb, sübutlar toplanır. Sübutları toplamaqda əsas məqsəd Ermənistanın siyasi rəhbərliyinin gələcəkdə beynəlxalq məhkəmədə cinayət məsuliyyətinə cəlb olunmasına nail olmaqdır. Onların həm siyasi, həm hüquqi məsuliyyətə cəlb olunması üçün bütün daxili və beynəlxalq mexanizmlərdən istifadə edəcəyik”.

(Apa.az)







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA