Siyasət

“Ermənistanın 30 ildə qurduğu ordu darmadağın edilib”
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Ermənistanın hərbi cinayətlərinin qarşısını almaq və torpaqlarmızın işğaldan azad edilməsi uğrunda Azərbaycan ordusunun şanlı zəfərləri bir çox müsbət kefiyyətlərmizi üzə çıxardı. Qısa zaman ərzində soydaşlarımız həmrəylik nümayiş etdirərək düşmənə qarşı vahid çəbhədə birləşməyi bacardı. Xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər oldu. Bütün dünya hər bir azərbaycanlının bir əsgər olduğunu gördü.

Mumtv.az bildirir ki, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev sentyabrın 27-dən davam edən hərbi əməliyyatların nəticələrini şərh edərkən deyib.

T.Gəncəliyev hərbi əməliyyatların davam etdiyi dönəmdə ölkəmizə qarşı diplomatik təzyiqlərdən də danışıb.

"Cənab Prezident İlham Əliyev bütün bu təzyiqlərə qarşı gələrək vaxtında atılan diplomatik addımlar və düzgün qurulan xarici siyasət nəticəsində ölkəmizə qarşı təzyiqləri dəf etdi. Bütün bunlar sübut etdi ki, ölkəmizin milli maraqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçün ən ali dəyərdir. Əminliklə deyə bilərəm ki, əməliyyatların davam etdiyi günlərdə Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alındı”.

İcma rəhbəri bildirib ki, bir qədər məsələləri soyuqqanlılıqla təhlil etsək görərik ki, bu cür məqamlarda buraxılan hər hansı səhv hərbi üstünlüklərimizin də əldən getməsinə səbəb ola bilərdi.

"Əgər Azərbaycan humanitar atəşkəsə razılaşmasaydı bütün arenalarda Ermənistanın mövqeyini gücləndirmiş olcaqdıq. Təbii ki, humanitar atəşkəs müvəqqətidir. Əgər Ermənistan yenə də əvvəlki siyasətini davam etdirəcəksə işğal olunmuş ərazilərimizdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması qaçılmaz olacaq. Hesab edirəm ki, indiki mərhələdə baza prinsipləri üzərində substantiv danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır”.

Onun sözlərinə görə Ermənistan təkcə hərb meydanında deyil həm də diplomatik cəbhədə məğlubiyyətə uğrayıb. "Ermənistan uzun illər idi ki, danışıqların formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində üçüncü tərəf kimi iştirakına nail olmağa çalışırdı. Amma Azərbaycanın uğurlu hərbi əməliyyatları Ermənistanın bu iddiasının üzərindən birdəfəlik xətt çəkdi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistanın özüdür. Ermənistan hakimiyyəti onlara diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində diktə edən tərəf Azərbaycandır”.

İcma rəhbəri Ermənistan ordusunun itkiləri haqqında da fikirlərini açıqlayıb. Bildirib ki, Ermənistanın 30 il ərzində qurduğu ordu darmadağın edilib.

"Aparılan hərbi əməliyyatlar zaman Cəbrayıl və Hadrut rayonları, kəndlərimiz işğaldan azad olundu. Bİr çox strateji yüksəkliklər və yollar nəzarətimiz altına keçdi. Ermənistanın itkiləri təkcə ərzai itgiləri ilə yekunlaşmadı. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Hesab edirəm ki, bundan sonra Ermənistan hələ uzun illər bu itkilərin yerini doldura bilməyəcək”.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər