İqtisadiyyat

Dünyada işsizlik artığı halda DSK-nin yaydığı məlumata görə Azərbaycanda işsizlik səviyyəsi azalıb...

İqtisadçı-ekspert: "Müavinət almaq üçün işsiz əhalinin Dövlət Məşğulluq Xidmətində "online” qeydiyyata düşməsi tələb olunurdu. İnsanlar heç bir yerə getmədən evlərindən internet vasitəsilə qeydiyyatdan keçdilər və nəticədə işsizlərin sayında birdən-birə artım baş verdi”.

"Faktiki fəaliyyətini dayandırmış çoxlu sayda fərdi sahibkar oldu ki, dəstəkdən yararlanmaq üçün son aylarda fəaliyyətlərini aktivləşdirdilər”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Azərbaycanda muzdla çalışan işçilərin sayının artma səbəbini PİA.az-a şərh edərkən qeyd edib.

Dünyada işsizlik artığı halda DSK-nin yaydığı məlumata görə Azərbaycanda işsizlik səviyyəsi azalıb. Belə ki, 2020-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 92.8 min nəfər artıb.

DSK-nın təqdim etdiyi statistika reallığı nə qədər əks etdirir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: "Bütün mikro, kiçik və orta sahibkarların həm özləri, həm də işçiləri üçün İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət etmələri mümkündür”.

Yardımdan yararlanmaq üçün işçilərinin sayını süni surətdə artıranların olduğunu vurğulayan iqtisadçı-ekspert bildirib ki, muzdla çalışanların sayındakı artımın səbəbini məhz bununla izah etmək mümkündür:

"Məlum olduğu kimi, COVID-19 pandemiyasının iqtisadi zərərlərini minimuma endirmək üçün hökumət aprel və may ayları üzrə işsiz əhaliyə 190 manat həcmində birdəfəlik ödəniş verəcəyini bildirdi. Müavinət almaq üçün işsiz əhalinin Dövlət Məşğulluq Xidmətində "online” qeydiyyata düşməsi tələb olunurdu. İnsanlar heç bir yerə getmədən evlərindən internet vasitəsilə qeydiyyatdan keçdilər və nəticədə işsizlərin sayında birdən-birə artım baş verdi. Hazırda DSK-nın bildirdiyi kimi, muzdla çalışan işçilərin sayındakı artımın səbəbi də buna bənzərdir.

Bilirsiz ki, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin veriləcəyi bildirildi. Proqramda sahibkarlar üçün iki istiqamətdə dəstək nəzərdə tutulurdu, həm fərdi sahibkarların özləri üçün, həm də işçilərinin əmək haqlarını ödəmələri üçün.

Vüsalə Əhmədova: "Yardımdan yararlanmaq üçün işçilərinin sayını süni surətdə artıranlar da oldu”.

Bütün mikro, kiçik və orta sahibkarların həm özləri, həm də işçiləri üçün İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət etmələri mümkündür. Faktiki fəaliyyətini dayandırmış çoxlu sayda fərdi sahibkar oldu ki, dəstəkdən yararlanmaq üçün son aylarda fəaliyyətlərini aktivləşdirdilər.

Eyni zamanda, yardımdan yararlanmaq üçün işçilərinin sayını süni surətdə artıranlar da oldu. Həmin sahibkarlara dəstək göstərilib göstərilməyəcəyi mövzunun digər tərəfidir. Ancaq, muzdla çalışanların sayındakı artımın səbəbini məhz bununla izah edərdim”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər