mumtv.az
mumtv.az

“Milan” məşqçisiz qalıb - SƏBƏB

“Milan” məşqçisiz qalıb - SƏBƏB
17-11-2020, 13:27 71 dəfə baxılıb

“Milan” məşqçisiz qalıb - SƏBƏB
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

İtaliyanın "Milan” klubunda daha bir koronavirusa yoluxma halı qeydə alınıb.

Mumtv.az bildirir ki, bu dəfə köməkçi məşqçi Cakomo Murelli virusa yoluxub.

Baş məşqçi Stefano Piolidən sonra Murellidən götürülən testin nəticəsi də pozitiv çıxıb. Hər iki mütəxəssis bir neçə dəfə testdən keçirilsə də, hələ sağalmadıqları müəyyənləşib. Murelli də baş məşqçi kimi, evdə təcrid vəziyyətində müalicə olunur.

Bu isə A seriyasında növbəti matça hazırlaşan "Milan”ı çətin vəziyyətə salıb. Komanda faktiki olaraq məşqçisiz qalıb və növbəti görüşə kollektivi kimin meydana çıxaracağı bəlli deyil.

Qeyd edək ki, "Milan” növbəti oyununu noyabrın 22-də səfərdə "Napoli”yə qarşı keçirəcək.

(Apa.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA